Go to the page content

Çəki ilə sonsuz mübarizəyə son

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hal hazırda 650 milyondan çox insan piylənmə ilə yaşayır.

Onların bir çoxu öz çəkisi ilə illərlə, hətta onilliklərlə mübarizə aparır.

Onlarla danışsanız, arıqlamaq üçün bütün mümkün vasitələri sınaqdan keçirdiklərini və çəkinin neçə dəfələrlə geri qayıtdığını öyrənəcəksiniz.

Çoxları bu sonsuz çəki atma dövriyyəsində ilişib qalıb.

Piylənmə ilə yaşamaq asan deyil, amma ən çətini budur ki, cəmiyyət hesab edir ki, piylənmə ilə yaşayan insanlar bu yolu özləri seçiblər. Amma bu doğru deyil.

Elmi təşkilatlar piylənməni güclü genetik, ekoloji və neyrobioloji təsirləri olan mürəkkəb bir xəstəlik hesab edirlər. Bu təşkilatlar hesab edir ki, piylənmə ilə yaşayan bir çox insan öz çəkisinə nəzarət etmək üçün lazımi qayğı və dəstəyi heç vaxt almayıblar.

Piylənmə haqqında yeni biliklər ümid verir ki, xəstəlik barədə elmi anlayışı və onun müalicəsi üçün tələb olunanları nəzərə almaqla sonsuz çəki atma dövriyyəsini qırmaq olar. Piylənmə ilə yaşayan insanlar ayrı-seçkilik qoyulmadan, biliklərə əsaslanaraq və qərəzsiz şəkildə tibb işçilərindən dəstək ala bilərlər və almalıdırlar.

Piylənmənin əsasını təşkil edən elmi məlumatlar, onun səbəbləri və özünü doğrultmuş müalicə üsulları haqqında suallara cavab axtarırsınızsa, başlanğıc üçün saglamceki.az doğru yerdir.

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib