Gəlin danışaq: Piylənmə haqqında həkiminizə verəcəyiniz 13 sual
Bu on üç sual dialoqa başlamağa və çəkiyə nəzarət üçün hansı müalicə variantlarının mövcud olduğunu başa düşmək üçün ilk addımları atmağa kömək edə bilər.
2018-ci ildə Londonda Ekspertlər qrupu piylənmənin xəstəlik
olub-olmadığını müzakirə etmək üçün “Royal College of Physicians”
(RCP) - nin iclasında iştirak edir. Dr. Endryu Qoddard diqqətlə
dinləyir. Bundan cəmi bir neçə ay əvvəl o, RCP - nin 400 il ərzində ən
gənc 121-ci prezindenti seçilmişdi.
Onun üçün həmin görüş əhəmiyyətli idi. Cünki bu, insanların piylənməyə baxışını və onun müalicəsini dəyişdirəcək ciddi bir məsələ idi. Görüşün sonunda ekspertlər piylənmənin xroniki xəstəlik olduğu qənaətinə gəldilər. Xroniki, lakin müalicə olunan və yalnız bizim genlərimiz deyil, həm də yaşadığımız müasir mühitin təsirinə məruz qalan xəstəlik.
"Piylənmə ilə bağlı stiqmanı aradan qaldırmaq hər kəsin sağlamlığı üçün vacibdir. Bu, insanın həyat tərzi seçimi deyil, daha çox fərdi qeyri-sağlamlıq xüsusiyyətlərin, genetik və sosial faktorların səbəb olduğu bir xəstəlikdir", - deyə doktor Endryu Qoddard bildirir.
Həkim Endryu Qoddardın komandası piylənməni müzakirə edən ilk komanda deyil. Dünya üzrə müxtəlif ekspertlərdən ibarət işçi qruplarının eyni nəticəyə gəlməsi mətbuatda qızğın müzakirələrə səbəb olub.
Geniş ictimaiyyət hələ də piylənməni çox yemək və az hərəkət etmək kimi sadə bir həyat tərzi olaraq görür.
Sadə dildə desək, alınan və xərclənən enerjinin disbalansı. Amma elmə əsaslansaq bu düzgün deyil.
Bunun səbəbini anlamaq üçün gəlin fərz edək. Bir xəstəlik təsəvvür edin ki:
Beləliklə, siz hələ də bu xəstəliyi ciddi tibbi problem hesab etmirsiniz?
Bu xəstəlik nə xəyali, nə də görünməzdir. Bu xəstəlik mövcuddur və piylənmə adlanır. Piylənmə ilə yaşayan insanlara hər gün - ictimai nəqliyyatda, geyim mağazalarında, parklarda, hətta sevdikləri ilə yemək zamanı bu xatırladılır. Amma bədən ölçüləri piylənmənin nisbətən az önəmli olan tərəfidir. Mühim aspektlər sizin görmədiklərinizdir.
Yaxşı xəbər odur ki, piylənmə müalicə olunan xəstəlikdir və onunla yaşayan insanlar hələ də öz sağlamlığını və rifahını yaxşılaşdıra bilərlər. Hətta beş faiz arıqlama çəkiyə bağlı yüksək qan təzyiqi kimi bəzi ağırlaşmalar riskini azaltmaq üçün kifayətdir.
Amma çəkiyə nəzarətin sürətli həlləri yoxdur. Arıqlamaq və bu çəkini saxlamaq üçün piylənmədən əziyyət çəkən insanların müvafiq davamlı müalicə və qayğıya ehtiyacı var. Buna görə piylənməni bir xəstəlik kimi qəbul etmək və ən son elmi nailiyyətlərdən istifadə edərək müalicə etmək vacibdir.
Bir çox insanlar ümumiyyətlə piylənmədən əziyyət çəksə də, onların fərdi müalicə planlarına ehtiyacı var. Hamımızın müxtəlif genləri, sağlamlığı, həyat tarixçələri, şəxsiyyəti və mühitləri var və hamımız eyni məqsədlərlə motivasiya olmuruq. Fərdi müalicə planı şəxsin ehtiyaclarını qarşılayacaq müxtəlif müalicə variantlarının birləşməsini tələb edir.
Daha çox tibb işçisi piylənmənin mürəkkəbliyini anlayır və yardım yollarını öyrənir. Eyni zamanda onların müalicə imkanları da artır və daim yenilənir. Bu gün buraya davranış terapiyası, qida əvəzediciləri və aşağı enerjili pəhrizlər, piylənmə əleyhinə dərmanlar və bariatrik cərrahiyyə daxildir. Onlar təkcə nə yediyinizə və nə qədər hərəkət etdiyinizə baxmırlar. Müasir piylənməyə nəzarət fərdi yemək rejimlərini (necə, nə vaxt və nə üçün yeyirsiniz), həmçinin əhval-ruhiyyə, yuxu, stress və fiziki fəaliyyət rejimlərini dərk etməyi nəzərdə tutur.