Go to the page content

Gəlin danışaq: Piylənmə haqqında həkiminizə verəcəyiniz 13 sual

Piylənmə haqqında hətta həkiminizlə belə söhbətə başlamaq çətin ola bilər.

Bu on üç sual dialoqa başlamağa və çəkiyə nəzarət üçün hansı müalicə variantlarının mövcud olduğunu başa düşmək üçün ilk addımları atmağa kömək edə bilər.

Əksər insanlar öz çəkisinə özləri nəzarət etməyə çalışır,amma vacib deyilki bu, hər zaman belə olsun. Piylənmə xroniki bir xəstəlikdir və ona nəzarət bütün həyatınız boyu davam edən prosesdir.

Həkiminizlə söhbət sizin məlumatlı olmadığınız və ya nəzərə almadığınız müalicələr üçün qapılar aça bilər.

1. Arıqlamaq istəyirəm. Siz adətən pasiyentlərinizlə müalicə planını necə hazırlayırsınız?

Həkiminizin adətən pasiyentlərə öz sağlamlıq məqsədlərinə nail olmaqda necə kömək etdiyi barədə təsəvvür əldə etmək üçün söhbəti digər insanlar kontekstində qurun. Öz çəki tarixçəniz və gələcək üçün gözləntiləriniz haqqında danışmağa hazır olun.

2. Mən nə qədər arıqlamalıyam?

Həkiminiz arıqlama planınıza uyğun olan məntiqli və realistik məqsədləri müəyyənləşdirməyə kömək etməlidir. Özünüzü daha yaxşı hazırlaşdırmaq üçün müalicə müddətində və sonunda hansı nəticələr alacağınızı həkiminizlə məsləhətləşin.

3. Piylənmənin idarə olunmasında hansı müalicə üsulları var?

Bəzən həkiminiz bir və ya bir neçə müalicə planı təklif edə bilər. Məqsəd fiziologiyanız, psixologiyanız və davranışınız kimi piylənmə səbəblərini ən yaxşı şəkildə aradan qaldıran müalicə üsullarını seçməkdir.

4. Mənə hansı müalicə variantlarını təklif edə bilərsiniz?

Bu, vacib məsələdir, çünki müalicədə vahid yanaşma yoxdur. Sizin həkiminiz sizin arıqlama planına uyğun test, qiymətləndirmə və müalicə üsullarını müəyyən etmək üçün sağlamlıq vəziyyətinizi, habelə əvvəlki müalicələrinizi nəzərdən keçirəcək.

Öz BKİ-nizi hesablamısınızmı? Çəkinizə görə artıq çəki kateqoriyasına daxil olub-olmadığınızı müəyyən edin.

5. Arıqlama prosesində necə irəlilədiyimdən əmin olmaq üçün hansı müntəzəmlikdə müayinə olunmalıyam?

Həkiminiz müalicə planınızdan asılı olaraq, hansı müntəzəmlikdə müayinə olunmalı olduğunuz barədə sizə məsləhət verəcək. 

6. Müalicə neçəyə başa gələcək və o, mənim sığortama və ya dövlət səhiyyə xidmətinə daxildirmi?

Arıqlama üçün tibbi xərcləri ödəyən  sistemlər  müxtəlif ölkələrdə çox fərqlənir.  Bunu yerli səhiyyə strurukturları ilə aydınlaşdıra bilərsiniz.

7. Arıqlama planım faydalı olmazsa, nə olacaq?

Piylənmə mürəkkəb xroniki bir xəstəlikdir. Bilməlisiniz ki, sizə uğur qazanmağa kömək etmək üçün həkiminizdə bir neçə yanaşma var. Müalicə planınız arıqlama gözləntilərinə uyğun gəlmədiyi halda, həkiminiz ona sizin üçün düzəliş edəcəkdir.

8. Arıqlama məqsədlərimə nail olmaq üçün mənə kömək etməyə hazırsınızmı?

Bu, çox sərt səslənə bilər, lakin özünüzü etibarlı əllərdə hiss etməyiniz vacibdir. Sizə bu proses boyunca əsl tərəfdaş olacaq, daim sizinlə dialoq quracaq və uğurunuz üçün məsuliyyəti bölüşəcək həkim lazımdır.

9. Arıqlama məqsədlərimə nail olmaq üçün bu gün nə ilə başlaya bilərəm?

Arıqlama məqsədlərinə bir gündə nail olmağın mümkün olmadığını bilmək vacibdir. Amma həkiminiz bu gün bu prosesə başlamağınıza kömək edəcək. Məsələn, bu, sağlam qidalanma və fiziki aktivlik ola bilər.

10. Mənim genetikam və ya etnik mənsubiyyətim ilə bağlı problemlər varmı?

Piylənmə genetika ilə bağlı ola bilər və bu proses zamanı təsir edə biləcək genetik faktorlardan xəbərdar olmaq vacibdir. Öz unikal irsiniz əsasında pəhrizinizi və həyat tərzinizi necə müəyyən edəcəyinizi və arıqlama məqsədlərinə necə nail olacağınızı öyrənmək üçün həkiminizlə məsləhətləşin.

11. Arıqlama məqsədlərinə nail olmaq üçün mənə nə qədər vaxt lazımdır?

Sizin həkiminiz arıqlama məqsədlərinizə nə vaxt nail olacağınız barədə sizə təxmini vaxt bildirəcək. Həkimlərin ehtimalı çox güman ki, arıqlama gözləntiləri, sizin həyat tərziniz və yanaşı gedən digər xəstəliklər kimi müxtəlif amillərə əsaslanacaq.

12. Çəkiyə nəzarətdə başqa kim mənə kömək edə bilər?

Həkiminizdən sizi digər mütəxəssislərə yönləndirməyi xahiş edin – endokrinoloqlar, dietoloqlar və psixoloqlar faydalı ola bilər.

Bundan başqa arıqlamaq üçün dostlar, ailə üzvləri kimi dəstək qrupları var. Müalicənizə digər insanları cəlb etmək motivasiyanı saxlamağa kömək edə bilər.

13. Arıqlamaqdan gözləyə biləcəyim ən böyük sağlamlıq faydaları nələrdir?

Arıqlama planınızın sağlamlıq üçün faydaları bilmək və anlamaq motivasiyanızı saxlayacaq. Yaxşı xəbər odur ki, hətta beş faiz və ya daha çox arıqlama sağlamlığınıza müsbət təsir göstərə bilər.

Yekun düşüncələr

Həkimi ziyarət edəndə əlinizdə mühüm sualların siyahısının olması mümkün sağlamlıq problemlərini həll etmək üçün sizə istinad nöqtəsi verir.

Həkiminizə doğru suallar vermək yalnız başlanğıcdır.

Müalicə məqsədinizi özünüzə bir daha xatırladın və məqsədlərinizə nail olmaq üçün həkiminizlə birlikdə çalışın.

Hər bir arıqlama prosesində maneələr və problemlər olur. Amma buna baxmayaraq məqsədinizdən dönməyin.

Həkiminizə bu sualları verməyiniz prosesə başlamağınıza kömək edəcək. Həkiminizdən görüş alaraq prosesə başlayın.

Həkiminizə verəcəyiniz 13 suallıq siyahını yükləyin.

İstinadlar

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib