Gəlin danışaq: Piylənmə haqqında həkiminizə verəcəyiniz 13 sual
Bu on üç sual dialoqa başlamağa və çəkiyə nəzarət üçün hansı müalicə variantlarının mövcud olduğunu başa düşmək üçün ilk addımları atmağa kömək edə bilər.
Tibbi baxımdan təsdiqlənmiş çəki itirilməsinə yönəlik yanaşmalar yalnız arıqlamağa yox, həm də daha sağlam həyat tərzinin bir hissəsi kimi azalmış çəkinini qoruyub saxlamağa kömək edir.
Artıq çəki sağlamlığınıza mənfi təsir edirsə, bu gündən sağlam həyat
tərzinə doğru yola başlaya bilərsiniz!
Çəkinin azaldılması fərdi qaydada aparılmalıdır. Buna baxmayaraq, tibbi konsensus belədir ki, sağlamıq faydaları ilkin bədən çəkisinin təxminən 5%-i itirildikdə başlayır və daha çox arıqladıqca bu, davam edir. İlkin bədən çəkisinin 10-15%-nin itirilməsi daha çox yaxşılaşma ilə nəticələnir.
Bu məqalədə çəki ilə bağlı xüsusi sağlamlıq vəziyyətlərində
irəliləyişləri görmək üçün nə qədər çəki itirməli olduğunuz barədə
danışılır.
Əgər məqalədə qeyd edilən hər hansı vəziyyətlə bağlı suallarınız
yaranarsa tibbi müayinə və sizin üçün piylənmə əleyhinə hansı müalicə
variantlarının uyğun ola biləcəyi barədə həkiminizlə
məsləhətləşin.
Bədən kütlənizin hətta az bir hissəsinin itirilməsi orqanizminiz üçün faydalı ola bilər. 5% bir qədər mücərrəd görünsə də, perspektivdə bu rəqəmi nəzərdən keçirək - əgər çəkiniz 100 kiloqramdırsa, 5% arıqlamaq üçün cəmi 5 kq itirməlisiniz.
Bədən kütlənizin 5%-ə qədəri itirildikdə gözlənilən faydalar bunlardır:
Ümumi çəkinizin 5% - ə qədər itirilməsi Tip 2 diabet kimi xroniki xəstəliyin inkişaf riskini azalda bilər.
CDC (ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi) tərəfindən qəbul edilmiş Həyat tərzində dəyişikliklər proqramı sayəsində bədən çəkisinin təxminən 7%-i qədərini itirən insanlarda tip 2 şəkərli diabetin inkişaf riski 58%-ə qədər azalır.
Tədqiqatlar göstərir ki, artıq çəkili və piylənməsi olan insanlarda Bədən Kütlə İndeksinin (BKİ) 2 vahid azalması (orta hesabla 5,1 kq arıqlama) osteoartritin inkişaf riskinin 50%-dən çox azalması ilə nəticələnir.
Eyni şəkildə, yaşı 60-dan yuxarı olan artıq çəkili və piylənməsi olan yaşlı insanlarda çəkinin orta hesabla 5,7% itirilməsi diz ağrısının azalması, hərəkətliliyin artması və dizin ümumi funksiyasının yaxşılaşması ilə nəticələnib.
Bundan əlavə, iştirakçılar daha çox çəki itirdikcə, diz osteoartrit simptomları ilə bağlı olan narahatlıqları getdikcə daha da azalıb.
Artıq çəki və ya piylənmə bir çox ciddi xəstəliklərə səbəb ola, eyni zamanda infarkt, insult və damar xəstəliklərinin riskini artıra bilər.
Qan təzyiqi, xolesterol səviyyəsi və qanda şəkərin səviyyəsi kimi amillər ürək xəstəliklərinin inkişafına kömək edə bilər. Buna görə də, ürək-damar xəstəlikləri riskini azaltmağa kömək etmək üçün çəki itirilməsi tövsiyə olunur.
Məlumatlar göstərir ki, ilkin bədən kütləsinin 5-10%-i qədər itirilməsi A1C hemoqlobin, triqliseridlərin, qan təzyiqi və ASL xolesterol səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarıb.
Qeyd edək ki, ilkin BKİ kateqoriyasından asılı olmayaraq (piylənmə mərhələsi I, II və ya III), davamlı çəki itirilməsi eyni təsiri göstərmişdir.
Daha çox çəki itirmənin ürək-damar xəstəliklərinin yaranma risklərinin azalmasına davamlı təsir göstərir.
Piylənmə immun sisiteminin aktivləşməsi və xroniki aşağı dərəcəli iltihab ilə əlaqəlidir. Bu, xroniki xəstəliyin inkişafına və infeksiyaya qarşı immunitetə mənfi təsir göstərə bilər.
Tibbi ədəbiyyatın sistematik təhlilinə əsasən artıq çəkili və piylənməsi olan insanlarda arıqlama qanda sitokinlər adlanan iltihab markerlərinin sayının azalmasına səbəb olub. Bu xroniki xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Araşdırmalar göstərir ki, hormonal terapiya təyin edilən postmenopauzal qadınlar arasında süd vəzi xərçənginin inkişaf riski əhəmiyyətli dərəcədə artmışdır.
Ancaq artıq çəkili və piylənməsi olan postmenopauzal qadınların klinik tədqiqatında ən azı 5% çəki itirməsi estrogenlərin və süd vəzi xərçənginin digər potensial biomarkerlərinin qanda konsentrasiyasını azaldıb. Bu tədqiqat göstərir ki, orta dərəcəli çəki itirilməsi süd vəzi xərçənginin inkişaf riskinə nəzərə çarpan dərəcədə təsir edə bilər.
Artıq çəkili və piylənməsi olan postmenopauzal qadınlar üzərində aparılan başqa bir araşdırma göstərir ki, bədən kütləsinin 5%-i və ya daha çox çəki itirən iştirakçılarda xərçəng riskini azaltmaq üçün potensial klinik əhəmiyyət kəsb edən iltihab biomarkerlərinin səviyyəsi azalıb.
Artıq çəki yuxunuzun keyfiyyətinə təsir göstərə bilər. Cohn Hopkins Universiteti tərəfindən aparılan tədqiqatda kök və kilolu iştirakçılar aşağıdakı kimi yuxu problemlərini qeyd ediblər:
Tədqiqat göstərir ki, ümumi bədən piyinin, xüsusilə də qarın nayihəsindəki yağların itirilməsi demoqrafik amillərdən asılı olmayaraq iştirakçılarda yuxunun keyfiyyətinin yaxşılaşdırılmasında vacib rol oynayıb.
Pensilvaniya Universiteti tərəfindən aparılan araşdırmada öz ilkin bədən çəkisinin 5%-i və ya daha çox hissəsi qədər arıqlamış piylənmədən əziyyət çəkən böyüklərdə 6 ay ərzində yuxunun müddəti və keyfiyyəti yaxşılaşıb. Orta və ya daha ağır dərəcəli depressiya simptomları barədə məlumat verən insanlarda da qısa və uzun müddət ərzində ümumi əhval-ruhiyyə yaxşılaşıb.
Piylənmənin müxtəlif bioloji yollarla qadınlarda fertilliyi pozduğu müşahidə edilib.
Bir tədqiqatda qeyd edilib ki, piylənmədən əziyyət çəkən PYS pasiyentlərdə aşağı kalorili pəhrizdən sonra menstrual tsikldə, ovulyasiya və fertillikdə yaxşılaşma müşahidə olunmuşdur. Tədqiqat zamanı bədən kütləsinin ən azı 5%-i qədər çəki itirən iştirakçılar spontan hamiləlik yaşayıblar. Müəlliflər bu qənaətə gəliblər ki, arıqlama yanaşması sonsuz və artıq çəkili PYS pasiyentlərdə effektiv olub.
Başqa bir araşdırmada PYS xəstəliyindən əziyyət çəkən, aşağı qlisemik yüklü pəhriz ilə bədən kütləsi̇ni̇n 5%-dən çox itirən artıq çəkili qadınların 80%-də fertillik funksiyasında klinik baxımdan əhəmiyyətli irəliləyişlər müşahidə edilib.
Yağ toxumasının artıqlığı oynaqların toxumalarına təsir edən iltihab mediatorları yaradır və bunlar da revmatoid artrit (RA) ilə əlaqəli iltihab ağrısının artmasına səbəb ola bilər.
Piylənmənin olması həm də antirevmatik dərman müalicəsi nəticəsində əldə edilmiş davamlı remissiya ehtimalının 47% azalmasına səbəb olur.
Retrospektiv tədqiqatda tədqiqatçılar RA xəstəliyindən əziyyət çəkən pasiyentlərin məlumatlarını bir neçə il ərzində təhlil ediblər. Onların əksəriyyəti (67%-i) artıq çəkili və ya piylənməli idi. Klinik baxımdan əhəmiyyətli arıqlama (5 kq) RA xəstəliyinin aktivliyində, məsələn, oynaqların həssaslığı, ağrısı və funksiyasında əhəmiyyətli yaxşılaşma ilə əlaqəli olub.
Araşdırmada iştirak edən tədqiqatçılar qeyd ediblər ki, hər hansı dərəcədə arıqlama iştirakçılara fayda verib. Arıqlama və xəstəliyin aktivliyinin azalması arasında "dozadan asılılıq" əlaqəsi var ki, daha çox arıqladıqca, bu da oynaqların həssaslığına, ağrısına və funksiyasına müsbət təsir göstərir.
Arıqlamanın QAS xəstəliyinin histoloji xüsusiyyətlərini yaxşılaşdırdığı müşahidə edilib, eyni zamanda bədən çəkisinin 5% azalması müsbət nəticələr verib.
52 həftəlik tədqiqat zamanı arıqlamış QAS pasiyentlərin sağlamlıqlarında əhəmiyyətli irəliləyişlər müşahidə edilib. Onların dörddə biri steatohepatoz xəstəliyinin sağalmasına, 47%-i alkoqolsuz qaraciyər piylənməsi xəstəliyinin aktivlik göstəricilərinin azalmasına və 19%-i fibrozun reqressiyasına nail olub.
Ən çox faydalar, o cümlədən QAS xəstəliyinin ən yüksək dərəcədə azalması, sağalma və fibrozun reqressiya tempi bədən kütləsinin 10% və daha çox çəki itirmiş pasiyentlərdə müşahidə edilib.
Həmçinin 5%-lik arıqlama qaraciyərdə piylənmənin azalmasına gətirib çıxarıb. 10% çəki itirməyə nail olan insanlarda QAS xəstəliyinin ən böyük azalma tempi, fibrozun reqressiyası və hətta 90%-də QAS xəstəliyinin sağalması müşahidə edilib.
İlkin bədən çəkisinin 5%-ə qədər azalması sağlamlığa əhəmiyyətli təsir göstərir və bu faydalar arıqlama davam etdikcə artır . Son araşdırmada Böyük Britaniyada artıq çəkili və piylənməsi olan yarım milyondan çox yetkinlər haqqında məlumatlar təhlil edilmişdir.
Arıqlama qrupundan olan şəxslər orta hesabla 13% çəki itirənlərdir. Arıqlamadan əvvəl BKİ-nin 40 kq/m2 olduğunu nəzərə alsaq, bu, Tip 2 diabetin inkişaf riskinin (41%), yuxu apnoesinin (40%), hipertoniyanın (22%), dislipidemiyanın (19%) və astmanın (18%) azalması ilə nəticələnib.
Tədqiqat zamanı aşkar edilib ki, ilkin bədən çəkisinin 10-15% -i qədər çəki itirmiş iştirakçılarda qan təzyiqinin klinik cəhətdən əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə edilib.
Tədqiqatda Tip 2 diabetdən əziyyət çəkən artıq çəkili və piylənməsi olan iştirakçılarda sistolik qan təzyiqi orta hesabla 9 mm c.s. azalıb. İştirakçılarda, həmçinin ürək-damar xəstəliklərinin digər risk faktorlarının əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə edilib.
Randomizasiyalı və nəzarətli araşdırmaların meta-təhlili göstərdi ki, bədən çəkisinin 1 kq itirilməsi arterial təzyiqin təxminən 1 mm c.s. qədər düşməsi ilə bağlı olub. Bu, arıqlamanın hipertoniyanın qarşısının alınması və müalicəsi üçün vacib olduğunu göstərir.
Bədən kütləsinin 15%-dən az arıqlama "pis" aşağı sıxlıqlı lipoproteidlərin (ASL) - xolesterin, triqliseridlərin və ümumi xolesterol səviyyəsini azaltmağa kömək edir.
70-dən çox randomizasiyalı nəzarətli arıqlama tədqiqatlarının meta-təhlilindən müxtəlif müdaxilələr (həyat tərzi, farmakoloji və cərrahi) vasitəsilə arıqlama qanda lipid səviyyələrində statistik baxımdan əhəmiyyətli dəyişikliklər ilə bağlı olmuşdur.
Bədən kütləsinin 5%-i qədər arıqlama ürəyinizə kömək etdiyi halda, daha çox arıqlama qanda şəkər və xolesterol səviyyəsinin azaldılması ilə ürəyin sağlamlığının daha da yaxşılaşmasına gətirib çıxarır.
Artıq çəkili və kök olan böyüklərin üzərində aparılan tədqiqatda arıqlama miqdarı risk faktorlarının yaxşılaşması dərəcəsi ilə qarşılıqlı əlaqəli olub. Öz çəkisin 10 %-ə qədər itirmiş iştirakçılarda daha az arıqlamış pasiyentlərlə müqayisədə qlükoza, triqliserid, ümumi xolesterol və ASL xolesterin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə edilib.
QERX simptomlarının yayılması həm öz ilkin bədən çəkisinin >10 % qədər arıqlamış kişilərdə, həm də 5-10% arıqlamış qadınlarda yaxşılaşıb.
QERX simptomlarının artıq çəkili və kök insanlarda çox yayılmasına (37%) görə tədqiqatçılar arıqlamanın əksər iştirakçılarda simptomların tam sağalmasına kömək edə biləcəyini qeyd ediblər.
Piylənmədən əziyyət çəkən diz osteoartriti (OA) olan pasiyentlər üzərində aparılan araşdırmada onların öz ilkin bədən çəkisinin orta hesabla 13,5% - i qədər arıqlaması nəzərəçarpacaq faydalarla nəticələnib.
Pasiyentlər ümumi hərəkətlilikdə yaxşılama və fiziki hərəkətlər zamanı bildirilən ağrılarda azalma qeyd ediblər. Buna görə tədqiqatçılar arıqlamanın diz OA və piylənməsi olan pasiyentlər üçün faydalı olduğunu irəli sürüblər.
Diz OA xəstəliyi olan insanlarda sürətli arıqlama pəhrizinin təsirləri barədə randomizasiyalı klinik araşdırmada tədqiqatçılar 10% arıqlamanın fiziki funksiyaların 28% yaxşılaşdırdığını aşkar ediblər.
Tədqiqatçılar daha yüksək BKİ-ni xüsusilə qadınlar və mədə şuntlama əməliyyatının namizədləri arasında cinsi həyatın keyfiyyətinin pisləşməsi ilə əlaqələndiriblər.
Bədən çəkisinin orta hesabla 13% - i qədər arıqlamış, piylənmədən əziyyət çəkən insanlar cinsi həyatının keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd ediblər. İştirakçılar özlərini daha cəlbedici hiss etdiklərini və daha güclü seksual həvəsə malik olduqlarını bildiriblər. Yaxşılaşmaların əksəriyyəti ilk üç ayda, iştirakçılar bədən çəkisinin orta hesabla 11,8%-i qədər arıqladıqdan sonra müşahidə edilib.
Tip 2 diabetdən əziyyət çəkən artıq çəkili və kök kişilərdə erektil funksiya barədə tədqiqat aparılmışdır. Arıqlama müdaxiləsinə məruz qalan iştirakçılar orta hesabla bədən çəkisinin 9,9% - i qədər arıqlayıblar. Bu iştirakçıların daha yüksək faizində tədqiqat zamanı erektil funksiyası saxlanılıb və ya yaxşılaşıb.
Tip 2diabeti olan, piylənmədən əziyyət çəkən qadınlar üzərində aparılan araşdırma göstərib ki, təxminən 7,6 kq arıqlama ilə həyat tərzinin intensiv dəyişməsi onların cinsi funksiyasını yaxşılaşdırıb.
Tədqiqatçılar pəhriz yağların miqdarının azaldılması və meyvə, tərəvəz və lif istehlakının artırılması məqsədi ilə qidalanma proqramında iştirak edən postmenopauzal qadınlar üzərində araşdırma aparıblar.
Öz bədən kütləsinin ən azı 10% -i qədər arıqlamış qadınlarda bir il ərzində isti basma və gecə vaxtı tərləmə kimi menopauza əlamətlərinin azalma və ya aradan qalxma ehtimalı daha çoxdur.
Tədqiqatçılar qeyd edirlər ki, arıqlama və sağlam həyat tərzi postmenopauzal simptomları yüngülləşdirmək üçün hormon terapiyasına yaxşı alternativ yanaşmadır.
Arıqlama tez-tez obstruktiv yuxu apnoesinin (OYA) müalicəsi kimi tövsiyə olunur. OYA yuxu zamanı nəfəsin vaxtaşırı dayanmasına səbəb olan ciddi vəziyyətdir.
Tədqiqatçılar OYA və Tip 2 diabeti olan insanları müşahidə edərək aşkar ediblər ki, arıqlamadan sonra OYA xəstəliyinin ağırlıq dərəcəsi azalıb. 10 kq və ya daha çox arıqlamış iştirakçılarda (iştirakçıların bədən kütləsinin təxminən 10%-i) OYA simptomlarının əhəmiyyətli dərəcədə azalması müşahidə edilib. Onlar bu qənaətə gəliblər ki, bədən çəkisinin dəyişməsi OYA xəstəliyinin ağırlıq dərəcəsinin yaxşılaşması ilə nəticələnib.
Digər bir araşdırmada aşkar edilib ki, 10% arıqlama iştirakçılarda yuxu zamanı tənəffüs pozğunluqlarını müalicəsində effektli olub və bu da gecə vaxtı daha sakit yuxuya gətirib çıxarıb.
Arıqlama sidik qaçırma epizodlarının azalmasına səbəb ola bilər.
Artıq çəki və piylənmədən əziyyət çəkən qadınlarda 6 aylıq arıqlama proqramından, pəhriz və məşq daxil olmaqla, sonra sidik qaçırma simptomları nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Tədqiqatda orta hesabla 8% arıqlamadan sonra nəzarət edilən qrupdakı 28%-lik göstərici ilə müqayisədə sidik qaçırma epizodlarının tezliyində 47% azalma olub.
Ümumiyyətlə, arıqlama qrupundakı daha çox qadın klinik cəhətdən əhəmiyyətli nəticələr barədə məlumat vermişdir. Bəzi hallarda sidik qaçırma, stresli sidik qaçırma epizodlarının ümumi sayı 70% azalıb.
Tədqiqatçılar bu nəticəyə gəliblər ki, sidik qaçırma epizodlarında azalma orta dərəcədə arıqlamanın da faydası ola bilər.
Artıq çəkili olmaq idrak funksiyaları ilə mənfi cəhətdən əlaqələndirilib.
Bənzər şəkildə, orta yaşda piylənmə demensiya və Alzheimer xəstəliyinin inkişaf riski ilə əlaqələndirilib.
Hətta artıq çəkili postmenopauzal qadınlar 6 aylıq pəhrizə başlayaraq bədən çəkisinin orta hesabla 9,2%-i qədər arıqladıqda, tədqiqatçılar onların epizodik yaddaşlarında əhəmiyyətli yaxşılaşma müşahidə ediblər.
Həyat tərzində böyük və ardıcıl dəyişikliklər etməyə qadir olanlar üçün faydalar eyni dərəcədə böyük və ardıcıl ola bilər.
Davamlı arıqlama yeni vərdişlərə və davranış nümunələrinə sadiqliyi tələb edir.
Bununla belə, daha çox arıqlamanın əlavə faydaları sizin fərdi problemlərinizdən asılı olaraq dəyərli ola bilər. Tibbi müayinə və arıqlama üçün müalicə variantları haqqında məlumat almaq məqsədilə həkiminizlə məsləhətləşin.
Bədən kütləsinin 15%-nə qədər arıqlama aşağıdakılara kömək edə bilər:
5-10% arıqlama immun hüceyrələrinin səbəb olduğu iltihabın azalmasına, daha çox arıqlama isə daha çox yaxşılaşmalara səbəb ola bilər.
Klinik araşdırma zamanı BKİ 35 kq/m2-dan çox və Tip 2 diabet və ya prediabet olan insanlarda arıqlamanın immun hüceyrələrinə təsirləri araşdırılıb. İştirakçılar bədən kütləsinin orta hesabla 13,5%-i qədər arıqlayaraq iltihab əleyhinə immun balansının yaxşılaşmasını nümayiş etdiriblər.
Artıq çəki və piylənmədən əziyyət çəkən, bədən çəkisinin 15%-dən çox arıqlamış postmenopauzal qadınlar üzərində aparılan müşahidələr zamanı aşkar edilib ki, onlarda D vitamin səviyyəsi tədqiqat müddətində üçqat artıb.
Bu dəyişiklik onların konkret, fərdi qida rasionundan asılı olmayaraq baş vermişdir. Vitamin D (yağda həll olunan molekul) iltihabı azaltmağa kömək edir və hüceyrələrin böyüməsinə və immun funksiyasına müsbət təsir göstərir.
Göteburq Universitetinin Tibb İnstitutu tərəfindən aparılan bir araşdırmada tədqiqatçılar piylənmədən əziyyət çəkən yetkinləri orta hesabla 10,9 il müddətində müşahidə etmişdilər.
İştirakçılar cərrahi müalicə nəticəsində bədən çəkisini orta hesabla 18,3%-ə qədər azaldıblar ki, bu da tədqiqat dövründə ölüm hallarının 24% azalmasına səbəb olmuşdur.
Tədqiqat zamanı aşkar edilib ki, artıq çəkili insanlar gün ərzində yüksək kalorili dadlı qidalara daha çox meyl edir.
Bu, xüsusilə də yeməkarası vaxtlarda hamburqer, pizza və şirniyyat kimi qidaların qəbulunun artmasına gətirib çıxarır.
Artıq çəkili və kök qadınların iştirakı ilə aparılan ayrıca araşdırmada oxşar nəticələr öz təsdiqini tapıb. İştirakçılar koqnitiv- davranış terapiyasından sonra orta hesabla bədən kütləsinin 14,6% itirmişdilər. Terapiya dövründən sonra qadınlar şirin qidaya meylliliyin azalmasını qeyd etdilər ki, bu da dad duyğularının normallaşmasına gətirib çıxarıb.
Bəzi xroniki xəstəliklərin risk faktorlarının orta dərəcədə arıqlama ilə yaxşılaşmasına baxmayaraq, hələ də daha çox fayda əldə edə bilərsiniz.
Qan təzyiqi və qanda lipidlərin konsentrasiyası kimi sağlamlıq faktorları ilə arıqlama arasında birbaşa əlaqə var.
Daha çox arıqlamaq xroniki xəstəlikləri ilə bağlı sağlamlıq göstəricilərini yaxşılaşdıra, ürək xəstəliyi, insult və diabet kimi vəziyyətlərin risk faktorlarını azalda bilər.
Artıq çəki və ya piylənmə ilə yaşayırsınızsa, kiçik addımla başlamaq faydalı ola bilər. Orta dərəcədə ariqlama sizin sağlamlığınıza dərhal fayda verə bilər.
Müxtəlif xəstəliklərdən əziyyət çəkənlər üçün 5%-lik arıqlama faydalı ola bilər. Hətta 2-3%-lik arıqlama zamanı tibbi ekspertlər xolesterol səviyyələrinin yaxşılaşmasını və diabet riskinin azalmasını proqnozlaşdırırlar.
Sağlamlığın yaxşılaşması daha çox arıqlama ilə davam edir. Biz burada hər bir arıqlama dərəcəsində müşahidə edə biləcəyiniz terapevtik faydaları sadalamışıq.
5%-lik arıqlamanın sağlamlıq üçün faydaları
10%-lik arıqlamanın sağlamlıq üçün faydaları
15%-ə qədər arıqlamanın sağlamlıq üçün faydaları
Arıqlama problemi tez həll olunan problem deyil. Arıqlamağa gedən yolda səbr edin və uzun müddətli perspektivə köklənin. Sağlamlıq yalnız tərəzidəki rəqəmlə müəyyən edilmir.
Bir çox əlaqəli sağlamlıq faydaları bir neçə il ərzində tədricən özünü büruzə verir. Sağlamlıq finiş xəttinə qədər sprint deyil, uzunmüddətli həyat tərzidir.
Sağlamlıq problemlərinin tədricən aradan qaldırılması ilə bağlı həyat keyfiyyətinin dərin və ölçülə bilməyən yaxşılaşmasını hiss edə bilərsiniz.
Sağlam həyat tərzinə aparan yolu getmək çətin ola bilər, ancaq unutmayın ki, min illik səyahət bir addımla başlayır. Kiçik dəyişikliklərin qəbul edilməsi gələcəyinizə böyük təsir göstərə bilər.