Kukilərdən necə istifadə edirik?
1. Kukilər nədir?
Kuki – veb sayta daxil olduqda veb sayt serverinin kompüterinizin brauzerində və ya mobil cihazınızda yerləşdirdiyi mətn sənədidir. Kuki özündə veb sayta ziyarət zamanı (“sessiya” kukisi adlanır) və ya daha sonra təkrar ziyarətlərinizdə (“davamlı” kuki adlanır) brauzerinizi tanımağa imkan verən unikal kod saxlayır. Hər kuki veb brauzerinizə xasdır. Kukilər ziyarət etdiyiniz veb saytın serveri və ya veb saytla əməkdaşlıq edən partnyorlar tərəfindən yerləşdirilə bilər, bunlar “üçüncü tərəf kukiləri” adlanır.
Kukilər ümumiyyətlə istifadəçi ilə veb sayt arasındakı qarşılıqlı əlaqəni daha asan və daha sürətli edir və istifadəçinin veb saytın müxtəlif hissələri arasında hərəkət etməsinə kömək edir. Kukilərdən həm də veb saytdakı məzmunu ziyarətçi üçün daha uyğun etmək, şəxsi zövqlərinə və ehtiyaclarına uyğunlaşdırmaq üçün istifadə edilə bilər.
2. Saglamceki.az-da çərəzlərin istifadəsi
Saglamceki.az -ın sahibi
İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi
info@its.gov.az | 1542
Lev Tolstoy
küç.170
Bakı, AZ1095
Seçimləriniz saxlanılaraq veb saytın funksionallığını artırmaq üçün kukilərdən istifadə edilir. Saglamceki.az -da lazımlı, funksional/üstünlük və statistik kukilərindən istifadə edilir.
2.2 Lazımlı kukilər
Bu kukilər saytı ziyarət etmək və müəyyən hissələrdən istifadə etmək üçün vacibdir. Bu kukiləri rədd etsəniz veb saytın bəzi xüsusiyyətləri düzgün işləməyəcəkdir.
2.3 Funksional/Üstünlük kukilər(i)
Funksional/Üstünlük kukilər(i) veb saytın işini asanlaşdıran və ziyarətçilər üçün daha xoş hala gətirən kukilərdir. Daha fərdi baxış təcrübəsi təmin edirlər. Məsələn: dil seçiminizi xatırlayan kukilər.
2.4 Analitik/Statistik kukilər
Məzmunu yaxşılaşdırmaq, ziyarətçilərin istəklərinə uyğunlaşdırmaq və xidmət qabiliyyətini artırmaq məqsədi ilə veb saytımızın istifadəsi barədə məlumat toplamaq üçün analitik çərəzlərdən istifadə edirik.
Saglamceki.az -da statistik, funksional, və marketinq kukilərinin istifadəsi istifadəçinin razılığını tələb edir. İstifadəçi istənilən vaxt kukilərdən istifadə etmək barədə razılığını geri götürə bilər. Kukilərin idarə edilməsi və çərəzlərin silinməsi haqqında məlumat üçün bu Kuki Siyasətinin 5-ci hissəsinə baxın.
3. Üçüncü tərəf çərəzləri
İstifadəçi brauzerində üçüncü tərəf tərəfindən yerləşdirilən kukilərdən istifadə edilə bilər. Üçüncü tərəf kukilərindən toplanan məlumatlar bizimlə paylaşılmır, ancaq üçüncü tərəf öz məqsədləri üçün toplayacaq və istifadə edəcəkdir. Saglamceki.az-da məsələn, YouTube kimi veb saytlardan foto və video məzmunu yerləşdirilə bilər. Nəticədə siz başqa saytlardan məzmun yerləşdirilmiş bizim veb saytı ziyarət edəndə, sizə həmin veb saytlardan kukilər təqdim oluna bilər. Biz bu kukilərin yayılmasına nəzarət etmirik. Kukilərinin istifadəsi barədə daha çox məlumat üçün uyğun üçüncü tərəfin veb saytını yoxlamalısınız. Veb saytda istifadəçilərin bir sıra popular social şəbəkələr vasitəsilə məlumatları asanlıqla dostları ilə bölüşməsini təmin etmək üçün “paylaş” düyməsi yerləşdirilmişdir. Həmçinin bu saytların xidmətlərinə daxil olmusunuzsa, bu saytlar sizə kuki təyin edə bilər. Biz bu kukilərin yayılmasına nəzarət etmirik və siz kukilərin istifadəsi barədə daha çox məlumat üçün uyğun üçüncü tərəfin veb saytını yoxlamalısınız.
4. Veb saytlarımızda istifadə olunan kukilər
Saglamceki.az -da kuki bannerində ətraflı təsvir olunan çərəzlərdən istifadə edilir. Kuki bannerində kukinin adı, kukini təyin edən, kukilərin təsviri və kukinin bitmə vaxtı barədə məlumat tapa bilərsiniz.
5. Kuki idarəsi
Kukilərin cihazınıza yerləşdirilməsinə icazə verdiyinizi və ya müəyyən növ kukilərin istifadəsini dayandırmaq istədiyinizi bildirməlisiniz. Bəzi kukilərin istifadəsini qəbul etməsəniz, saytın bəzi xüsusiyyətləri işləməyə bilər və ya veb saytlarda müəyyən xidmətlərdən istifadə edə bilməyəcəksiniz. Kukilərin istifadəsini məhdudlaşdırmaq və ya bloklamaq istəyirsinizsə, seçimlərinizi veb saytda göstərilən kuki bannerində bildirməlisiniz. Həmçinin, brauzerinizin parametrləri ilə kukilərin istifadəsini məhdudlaşdıra bilərsiniz. Brauzerinizdəki kömək funksiyası sizə necə ediləcəyini izah etməlidir. Alternativ olaraq, bunun müxtəlif brauzerlərdə necə ediləcəyi barədə hərtərəfli məlumatı www.aboutcookies.org saytını ziyarət edərək öyrənə bilərsiniz. Kukilərlə bağlı ümumi məlumatla yanaşı, kompüterinizdən kukilərin necə silinməsini saytdan öyrənə bilərsiniz. Bunun mobil telefon brauzerində necə edə biləcəyiniz barədə məlumat üçün telefonunuzun təlimatına baxmalısınız. Unutmayın ki, kukilərin məhdudlaşdırılması Saglamceki.az -ın işləkliyinə təsir edə bilər.
6. Məlumat məxfiliyi
Veb saytı ziyarət edərkən sizdən avtomatik olaraq kompüteriniz, yerləşdiyi yer və uyğundursa, gəldiyiniz veb sayt haqqında ümumi məlumat toplanılır. Bu məlumatlar sizi bir fərd kimi müəyyən etmək üçün istifadə edilə bilməz. Bu məlumatlar ziyarətçilərin veb sayta hansı saytdan gəldiklərini, nələrə baxdıqlarını, saytda necə hərəkət etdiklərini və ən çox hansı səhifələrdə vaxt keçirildiyini bildirmək üçün yalnız ümumi şəkildə istifadə olunur. Məlumat məxfiliyi barədə daha çox məlumat almaq üçün veb saytda yerləşdirilmiş məxfilik siyasətini oxuyun.