Go to the page content

Sizin məlumatların məxfiliyi

1. Toplanılan məlumatlar

Veb saytı inkişaf etdirməkdə yararlı ola biləcək məlumatları toplayırıq. Bu məlumatlar avtomatik toplanılır. Avtomatik toplanan bütün məlumatlar məcmu formada saxlanılır və sizi müəyyən bir şəxs kimi tanımaq üçün istifadə edilə bilməz.

Nəticədə toplanılan məlumatlar ümumi ziyarətçi statistikası kateqoriyasına aiddir. Ümumi ziyarətçi statistikasını şəxsən müəyyənləşdirilə bilən məlumatlarla əlaqələndirilmir.

Ümumi ziyarətçi statistikası

Veb saytı ziyarət edərkən sizdən avtomatik olaraq kompüteriniz, yerləşdiyi yer və uyğundursa, gəldiyiniz veb sayt haqqında ümumi məlumat toplanılır. Bu məlumatlar sizi bir fərd kimi müəyyən etmək üçün istifadə edilə bilməz. Bu məlumatlar ziyarətçilərin veb sayta hansı saytdan gəldiklərini, nələrə baxdıqlarını, saytda necə hərəkət etdiklərini və ən çox hansı səhifələrdə vaxt keçirildiyini bildirmək üçün yalnız ümumi şəkildə istifadə olunur.

Avtomatik toplanılan məlumatlar:

  • Birinci tərəf kuki dəstəyi (kompüterinizə kuki yerləşdirilməsinə icazə verib-verməməyiniz)
  • Ziyarətçi nömrəsi (mümkün olduqda kompüterinizə yerləşdirdiyimiz bir kuki tərəfindən təmin edilir)
  • Yönləndirici (gəldiyiniz sayt, məs. google.com)
  • Ziyarət tarixi və saatı
  • Regional və dil parametrləri (hansı ölkədə olduğunuzu müəyyənləşdirmək üçün)
  • Əməliyyat sistemi (Windows, OS X, Linux, iOS, Android və s.)
  • Brauzer və brauzer versiyası (Chrome, Internet Explorer, Firefox, Opera, Safari və s.)
  • Ekranın görüntü parametrləri (1280x1024, 1024x768, və s.)
  • JavaScript dəstəyi
  • Java dəstəyi
  • IP ünvanı (kompüterin internetdəki ünvanı)
  • Baxdığınız saytın adı
  • Baxdığınız saytın URL-i

2. Məlumatlar necə istifadə olunur

Sizin şəxsi məlumatlarınız toplanılmır.

3. Həssas məlumatların toplanması

Bu veb saytda sağlamlığınız, etnik mənşəyiniz, dini inancınız və ya siyasi mövqeyinizlə bağlı məlumat toplanılmır və saxlanılmır.

4. Uşaqların qorunması

Uşaqların məxfiliyinin qorunması vacibdir. 18 yaşına çatmamış şəxslərin fərdi müəyyən edə bilən məlumatları toplanılmır. 

5. Məlumat təhlükəsizliyini necə təmin edirik

Bu veb saytda fərdi məlumatlar toplanılmır.

6. Məlumatlar harada emal edilir?

Bu veb saytda fərdi məlumatlar toplanılmır. 

7. Üçüncü şəxslərə açıqlama

Bu veb saytda fərdi məlumatlar toplanılmır və üçüncü tərəfə ötürülmür.

8. Ziyarətçi hüquqları

Bu veb saytda fərdi məlumatlar toplanılmır.

9. Kukilərdən istifadə

Kukilərdən istifadə qaydalarımız barədə veb saytda yerləşdirilmiş kukilər barədə siyasətdən daha çox məlumat əldə edə bilərsiniz.

10. Qanuni imtina

Məlumat məqsədləri

Veb sayta təqdim olunan məzmun yalnız məlumat məqsədli təqdim olunur. Sayt sizə hər hansı bir məsləhət və ya tövsiyə vermir və hər hansı bir qərar və ya hərəkət üçün əsas gətirilməməlidir. Məzmunların hər hansı bir aspektinin tətbiq oluna bilməsi ilə əlaqədar müvafiq sahənin peşəkar məsləhətçilərə müraciət edin. Əlavə olaraq, sayt şəkərli diabet və onun müalicəsi barədə seçilmiş məlumatlar təqdim edir. Belə məlumatlar tibbi məsləhət kimi nəzərdə tutulmayıb. Onlar tibb işçisinin məsləhətlərini əvəz edə bilməz. Hər hansı bir sağlamlıq probleminiz varsa və ya ondan şübhələnirsinizsə, həkiminizə və ya digər ixtisaslı səhiyyə strukturuna müraciət etməlisiniz.

Məlumat “olduğu kimi” verilir

Bu veb saytdakı məlumatlar “olduğu kimi” verilir. Bu veb saytdan istifadə edərək, məlumatların natamam və ya çatışmaz olması və ya ehtiyaclarınıza ya da tələblərinizə cavab verməməsi riskini qəbul edirsiniz.

İmtina edilmiş məsuliyyət

Bu sayta daxil olmağınızdan, daxil ola bilməməyinizdən və ya buradakı hər hansı bir məlumata etibar etməyinizdən yaranan hər hansı bir zərər və ya zədə üçün məsuliyyət daşınılmır. Birbaşa, dolayı, təsadüfi, nəticəli, cəzalandırıcı və xüsusi ya da digər zərərlər, itirilmiş imkanlar, itirilmiş mənfəət və ya hər hansı digər zərər və ya zərərlər üçün hər hansı bir məsuliyyətdən imtina edilir.

Digər saytlara linklər

Bu məxfilik bəyanatı yalnız bu saytda toplanan məlumatlara aiddir. Ziyarət etdiyiniz şəxsi məlumatlar toplayan hər bir saytın məxfilik bəyannamələrini oxumağınızı qətiyyətlə tövsiyə edirik.

Bizə yönlənən saytlar

Bu veb sayta yönələn veb saytları təsdiqlənilmir. Bu cür saytlardakı məzmun və ya istifadəçilərin bu saytlara təqdim edə biləcəyi məlumat üzərində nəzarətdən məsuliyyət daşınılmır.

Dəyişikliklər

Saytın tərkibi dəyişdirilə və ya silinə bilər və ya bu saytın yayımlanması istənilən vaxt məhdudlaşdırıla bilər.

Müəllif hüquqları və məzmundan istifadə

Bu veb saytın məzmununu yalnız şəxsi və qeyri-kommmersiya məqsədləriniz üçün yükləyə bilərsiniz. Məzmunun dəyişdirilməsinə və ya çoxaldılmasına icazə verilmir. Məzmun başqa bir şəkildə kopyalana və istifadə edilə bilməz.

İdarəetmə hüququ

Bu veb sayta və buradakı məzmuna girişiniz və istifadəniz Azərbaycan qanunlarına uyğun olaraq idarə və şərh olunur.

icbari-logo
Tabib