- Vallis M. Are Behavioural Interventions Doomed to Fail?
Challenges to Self-Management Support in Chronic Diseases. Can J
Diabetes. 2015;39:330–4.
- Vallis M, Piccinini-Vallis
H, Freedhoff Y, Sharma A. A Modified 5 As Minimal Intervention For
Obesity Counselling in Primary Care. Can Fam Physician.
- Vallis M, Lee-Baggley D, Sampalli T, Ryer A, Ryan-Carson S,
Kumanan K, et al. Equipping providers with principles, knowledge and
skills to successfully integrate behaviour change counselling into
practice: a primary healthcare framework. Public Health. 2018
Jan;154:70–8.
- Vallis M, Lee-Baggley D, Sampalli T,
Shepard D, McIssaac L, Ryer A, et al. Integrating behaviour change
counselling into chronic disease management: a square peg in a round
hole? A system-level exploration in primary health care. Public
Health. 2019 Oct;175:43–53.
- Ryan RM, Deci EL.
Self-determination theory and the facilitation of intrinsic
motivation, social development, and well-being. Am Psychol. 2000
Jan;55(1):68–78.
- Forman EM, Butryn ML. A new look at the science of weight control: how acceptance and commitment strategies can address the challenge of self-regulation. Appetite. 2015 Jan;84:171–80.
Gəlin çəki haqqında danışaq: Piylənmənin müalicəsi haqqında fərqli bir söhbətin vaxtıdır
"Mən niyə danışdığınız hər şeyi dinləməliyəm? Ümumiyyətlə mən niyə sizinlə danışmalıyam?"
Belə sualların kəskin olmasına baxmayaraq, piylənmə sahəsində çalışan tibbi psixoloq kimi onlara ümumiyyətlə etiraz etmirəm. Əslində, mən bu sualları çox məntiqli hesab edirəm.
Mənim işimin böyük hissəsi tibb işçilərinin piylənməyə nəzarət sahəsində təlimatlandırılması ilə bağlıdır. Bu, piylənməyə nəzarətin tibbi hissəsi deyil, qulluq hissəsidir.
Bu kontekstdə, yuxarıda göstərilən kəskin suallar nə dərəcədə faydalıdır? Bu suallar tibb işçilərinin piylənməyə nəzarətdə oynadığı rola təsir edir.
Piylənmə hekayəsinin iki tərəfi var: həkim və xəstə tərəfi
Mən tez-tez 30 - 40 həkimin iştirak etdiyi auditoriyada piylənməyə nəzarət üzrə təlim seansları keçirəm. “Niyə pasiyentiniz sizin dediyiniz hər şeyi dinləməlidir?” sualını verərək, 3 cavab almağa çalışıram.
Ən çox verilən cavab belədir: "Pasiyentlər məni dinləməlidir, çünki mən mütəxəssisəm". Mən o həkimə həmin insanın həyatında bu anda ikinci-dərəcəli şəxs olduğunu xatırlatmaqla cavab verirəm.
Sadəcə bu barədə düşünün: Siz həkiminizə baş çəkirsiniz, bir plan barədə razılığa gəlirsiniz, sonra evə gedib həyat yoldaşınızın buna şübhə ilə yanaşdığını və həkiminizin tövsiyələrinə etiraz etdiyini öyrənirsiniz. Siz kimi razı salardınız? Həyat yoldaşınızı, yoxsa həkiminizi? Sonra dostlarınızla bayıra çıxırsınız və onlar sizin həkiminizlə razılaşdırdığınız istiqamətdən fərqli istiqamətdə getmək istəyirlər. Nə baş verir? Siz həkiminizi razı salıb tək qalarsınız, yoxsa dostlarınızı razı salarsınız? Ekspert məsləhəti yaxşıdır, lakin o, zamanla davranışa nəzarət etmir və o, əlbəttə ki, həyatınızın mühüm əlaqələrini və vərdişlərinizi üstələmir.
İstəyə qarşı məcburiyyət
Bu sualın ikinci ən geniş yayılmış cavabı belədir: "Mənim xəstələrim etməli olduqlarını bilirlər". Belə olduğu halda, bu "istəy"ə qarşı "məcburiyyət" sualını qaldırır. Bir insan kimi bizim həqiqətən də ziddiyyət yaradan istəklərimiz var. Bizim istəklərə əsaslanan və xoşbəxtliyin ardınca getməyə maraqlı olan emosional tərəfimiz, riskləri və faydaları hesablaya bilən məntiqi tərəfimiz də var. Sizcə, hansı tərəf daha güclüdür? "Elədir, adi insanda duyğular məntiqi üstələyir".
Daha ətraflı
> İradə gücü və ya biologiya: Sürücü oturacağında kim oturub?
> Hisslər çəkiyə nəzarətdə əsas rol oynayır
Daxili motivasiyanın gücü
Üçüncü, ən az verilən cavab nədir? Həkim deyir: "Pasiyentin mənim məsləhətimi almaq və ona əməl etmək üçün şəxsi və məntiqli səbəbləri var". Elədir ki var! İnsanlar öz inanclarına və dəyərlərinə uyğun olan davranışları daha çox etməyə meyllidirlər.
Beləliklə, müasir piylənməyə nəzarət ilk növbədə, şəxsə suallar verməyə, onu dinləməyə və onun təcrübəsini anlamağa əsaslanır. Bu ümumi nöqteyi-nəzərdən, pasiyent və həkim xəstəliyə nəzarətin müxtəlif variantlarını müzakirə edə bilər.
Əməkdaşlıq etmək və imkanları genişləndirmək
Bu hekayəni ona görə danışdım ki, o, yuxarıda qeyd etdiyim problemi təsvir edir. Yəni, səhiyyə sistemi elə qurulmuşdur ki, həkim burada ekspert rolunda, pasiyent isə xidməti qəbul edən rolundadır.
Bu, təcili yardım otağında və ya əməliyyat otağında işə yarayır, lakin insanların gündəlik etdikləri davranış seçimlərinə gəldikdə isə işə yaramır. Biz öz həyatımızda məsuliyyətli olmalıyıq.
Tibbi ekspert olaraq "mən öyrədəcəyəm və deyəcəyəm" yanaşmasının vaxtı və yeri var, amma bu piylənməyə nəzarət üçün tələb olunan yanaşma deyil. Piylənməyə nəzarət "əməkdaşlıq və imkanları genişləndirmək" yanaşmasını tələb edir.
Daha ətraflı
> Həkiminizlə əməkdaşlıq edin və plan hazırlayın
Piylənməyə nəzarətdə müasir yanaşma
Piylənməyə nəzarətdə müasir yanaşmalar "əməkdaşlıq və imkanları genişləndirmək" prinsipinə və hörmət, qayğı və şəxsin fərdi təcrübəsinin dəstəklənməsinə əsaslanır. Təsəvvür edin ki, həkiminiz sizə deyir: "Siz özünüzün ekspertisiniz, mənim isə piylənməyə nəzarət sahəsində müəyyən təcrübəm var. Sizcə biz birlikdə problemin həlli yollarını tapa bilərik?”
Əminəm ki, belə bir yanaşma tibb işçiləri və piylənmədən əziyyət çəkən insanların piylənmənin effektiv müalicəsi üçün əməkdaşlığın yeganə yoludur. Ancaq təəssüf ki, hələ çox az tibb işçisi bunu bilir.
“Az ye, çox hərəkət et” yanaşmasının yalnışlığı
Bir çox tədqiqat bunu göstərib ki, tibb işçiləri piylənmə ilə
yaşayanlara qarşı qərəz və stiqma nümayiş etdirirlər, pasiyentlər də
öz növbəsində tibb işçilərinə güvənmirlər.
Bu halda yuxarıda qeyd etdiyim ikinci sual ortaya çıxır: niyə ümumiyyətlə sizinlə danışmalıyam? Əgər sizdə bu sual yaranırsa və ya tibb işçisi tərəfindən mühakimə olunmaq təcrübəniz varsa, bilmənizi istərdim ki, problem sizdə deyil, tibb işçisindədir. Təəssüflər olsun ki, cəmiyyətin bütün üzvləri kimi, tibb işçiləri arasında da arıqlamanın daha az yemək və daha çox hərəkət etməkdən ibarət olduğu barədə çox sadə bir fikir yaranıb.
Bütün bunlar qəbul edilən və sərf olunan enerji arasındakı fərdi, sadə tənliyə əsaslanır. Beləliklə, əgər arıqlamaq istəyirsinizsə, sadəcə daha az yeyin və daha çox hərəkət edin; əgər belə etməsəniz, günah özünüzdədir. Təsisçisi və üzvü olduğum Obesity Canada adlı cəmiyyətdə biz bunu " Az ye, çox hərəkət et yanaşmasının yalnışlığı” adlandırırıq.
Piylənmə sadəcə həyat tərzinin nəticəsi deyil.
“Az ye, çox hərəkət et” müalicə yanaşmasının təqaüdə çıxmaq vaxtı
çatıb. Piylənmənin tibbi
vəziyyət olduğuna dair sübutlar çoxdur - piylənmə riski sizin
irsiyyətinizə bağlıdır, iştaha beyin ilə idarə olunan və arıqlamağa
mane olan mürəkkəb bir mexanizmdir. Çəkimiz qida ilə bağlı olduğu
qədər sosial və emosional problemlərlə də əlaqəlidir.
Nəticədə, piylənmə sadəcə həyat tərzinin nəticəsi deyil və birbaşa idarə edilə bilməz. Piy toxumasının itkisi iştahanı artıran, toxluğu azaldan neyrohormonal dəyişikliklərlə nəticələnir; bədən ən yüksək çəkisini qorumağa çalışır.
Tibbi yanaşmada dönüş nöqtəsi
Reklamlardan ötürülən "az ye, çox hərəkət et" düşüncə tərzi piylənmə ilə yaşayan insanlara qarşı həm ətrafdakıların, həm də piylənməsi olan insanların özlərinə qarşı qərəzli fikir formalaşdırıb.
Vəziyyətin həlli tibb işçilərinin piylənmənin müalicəsi elmi və etikası sahəsində ixtisaslaşmasını tələb edir. Təcrübəmə əsasən hesab edirəm ki, piylənmə ilə yaşayan insanların etimadını yenidən qazanmaq üçün indi daha çox çalışmaq lazımdır. Dəyişdiyimizi sübut edə bilmiriksə, niyə bizə başqa şans versinlər?
Piylənməyə daha yaxşı nəzarət yolunda
Piylənməyə qarşı qərəzliliyin qurbanı olmusunuzsa, bunu unutmaq çətindir. Mən bunu vurğulamaq istəyirəm ki, biz sizinlə düzgün rəftar etməmişik.
Biz etiraf etməliyik ki, piylənmə və onun müalicəsi ilə bağlı keçmiş inanclarımız yanlış idi və biz indi piylənməni başqa cür başa düşürük. Biz bunu etiraf edirik və bunun zərərli olduğunu qəbul edirik. Həkiminizlə yenidən əlaqə qurmağa çalışın.
Müalicənin bir neçə strategiyası
Tip 2 diabet, hipertoniya və astma və s. xroniki xəstəliklər kimi, piylənmənin müalicəsi tibbi (lazım olduqda cərrahi) və davranış strategiyalarının birləşməsini tələb edir.
Bütün xroniki xəstəliklər kimi, piylənmə özünü idarə etməni və özünü idarə etməyə dəstəyi tələb edir. Həkim-pasiyent tərəfdaşlığı bərabərhüquqlu əməkdaşlıqdır.