Go to the page content

Piylənməyə gedən yolum: sakitləşmək üçün yeyən birindən iriölçülü modelə

" Mənim 28 yaşımda  180 kiloqram çəkim var idi. Mən evli və iki yaraşıqlı  azyaşlı oğul anası idim. Həyatımda xoşbəxt olmağım üçün bir çox səbəblərin olmasına baxmayaraq depressiyada idim. Mən bu barədə danışmaq istəmirdim. Mən çəki problemimi qəbul etmək istəmirdim. İnsanlar soruşurdular: "Bu çəkiyə necə çatdın? 180 kiloqrama necə çatdın?"- Viki Muni

Uşaq kimi kökəlmək

Həyatım haqqında danışmaq çox çətindir, çünki siz özünüz barədə

insanların çoxunun demək istəmədiyi və ya deyə bilməyəcəyi şeyləri açıqlamalısınız.

Uşaqlıqda çox mübarizə aparmışam. Atam spirtli içki aludəçisi idi və o, anama fiziki zorakılıq tətbiq edirdi. Və o, anamı döyməyəndə məni döyürdü.  Mən cinsi zorakılığa da məruz qalırdım. Mən özünü itirmiş bir uşaq idim..

Beləliklə mən sakitləşmək üçün yeyirdim. Travmanın öhdəsindən gəlmək üçün bir şokolad batonunu yeyərdim. Mən otağıma çəkilərək bu duyğuları, hissləri və ağrıları yaşamağıma baxmayaraq, bir şokolad batonu yeyib özümü bir az rahat hiss edərdim.

Mən həm də kökəlirdim və buna təəccüb edirdim. Qardaşlarım arıq və idmançı görünüşlü idilər və hamımız eyni səhər yeməyini, naharı və qəlyanaltıları yeyirdik. Mənim fərqli etdiyim yeganə şey sakitləşmək üçün şokolad batonu yemək idi.

Daha ətraflı

> Sizin geyim ölçünüz sizin genlərinizdədir

"Yəqin ki, bir çox insanlar mənim kökəlməyimin səbəbini şokolad yeməkdə görə bilər. Amma hər şey bu qədər sadə deyil"

-Vicki Mooney

Əməliyyata aparan yol

Gəlin həyatımın 28 yaşında 180 kilo çəkili ana olan hissəsinə keçək...

Səhər oyandıqda çarpayıdan qalxmaq mənim üçün problemə çevrilirdi və bunun üçün xeyli səy göstərməli olurdum.

Duş alarkən duş kabinin qapısını açıq saxlamaq məcburiyyətində qalırdım, çünki mən fiziki olaraq kabinəyə yerləşmirdim.

"Mən həkimimə getdim və xoşbəxtlikdən, bariatrik əməliyyat etdim. 90 kiloqramdan çox arıqladım ki, bu da mənim çəkimin yarısını təşkil edirdi. Bu etdiyim ən yaxşı iş idi və mən sadəcə düşündüm “artıq mən yaşayıram."

Mən arıqlayanda, İrlandiyada ilk iriölçülü model oldum və qadınlara özlərini yaxşı hiss etmələri üçün bir kitab yazdım. Çünki, nəticədə, hansı ölçülərə malik olmağınıza baxmayaraq səhər durub güzgüyə baxarkən özünüzü yaxşı hiss etməyə layiqsiniz. Sizə uyğun olan paltarları geyinməyə layiqsiniz.

Daha ətraflı

> Elmi baxımdan özünü doğrultmuş çəkiyə nəzarət üsulları

Red-headed mum and two children looking through the board-side of a ship; blue sea,  seashore

Mənim bugünki həyatım

Artıq əməliyyatdan 13 il keçib. Mən hələ də piylənmədən əziyyət çəkirəm  və 25 kiloqram kökəlmişəm. Mən tez-tez idman zalına gedirəm və sağlam qidalanıram, çünki əməliyyat o deməkdir ki, mən yalnız çox az miqdarda yemək yeyə bilərəm. Pəhrizimin böyük hissəsini meyvə, qoz-fındıq, tərəvəz və zülalla zəngin qidalar təşkil edir. Səhərlər meditasiya edirəm və yoqa ilə məşğul oluram. Mən tamamilə sağlamam.

Beləliklə, mən bu məsələyə belə baxıram: siz özünüzə həddindən artıq əziyyət verirsiniz, özünüzə nifrət edirdiniz və başqalarına deməyə imkan verməyəcəyiniz şeyləri özünüzə söyləyirsiniz. Dəyişikliklər özünüzü sevməklə başlamalıdır. Siz hansı ölçüdə və ya çəkidə olmağınızdan asılı olmayaraq, özünüzü dəyərləndirməyə başlamalısınız. Pozitiv düşüncədə olduqda, piylənmə xəstəliyini idarə etmək üçün həyatınızda kiçik dəyişikliklərdən başlaya və özünüzü daha yaxşı hiss etməyə nail ola bilərsiniz.

Əlaqəli məqalələr

icbari-logo
Tabib