BKİ kalkulyatoru
Bədən Kütlə İndeksi (BKİ) yetkin insanlarda çəkinin boya nisbətini heablayaraq bədən kütləsini aşağı çəki, artıq çəki və piylənmə kimi siniflərə bölür.
Piylənmə bir çox səbəbləri olan müalicə olunan mürəkkəb xəstəlikdir.
Buna görə də professor Arya Şarmanın sözlərinə görə: "Bütün
pasiyentlər üçün faydalı ola biləcək vahid nəzarət strategiyası
yoxdur". Professor Arya Şarma Kanadanın Piylənmə Mərkəzinin elmi
direktorudur və son 20 il ərzində piylənmənin
müalicəsi ilə məşğul olan ixtisaslaşmış klinik
mütəxəssisdir.
"Hər hansı bir uğurlu nəzarət planı pasiyentlərə öz bədən çəkisini azaltmağa və onun bərpasının qarşısını almağa kömək edən uzunmüddətli mübarizə strategiyalarını əhatə edir", - deyə o əlavə edib. Buna görə piylənmə ilə yaşayan insanlar xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş fərdi müalicə planına ehtiyac duyurlar.
Bu plana bir neçə müxtəlif müalicə variantları daxil ola bilər. Və çəkiyə nəzarət yolu ilə irəlilədikcə, müxtəlif müalicə növləri daha çox və ya daha az aktual ola bilər. Buna görə də sizin çəkiyə nəzarət planınız ehtiyaclarınıza uyğunlaşdırılmalıdır və zamanla dəyişdirilə bilər.
Piylənmə sahəsində təlim keçmiş tibbi mütəxəssisin tapılması ilk addımdır. Son zamanlar bu xəstəliyin effektiv şəkildə müalicəsi ilə məşğul olan mütəxəssislər getdikcə artır. Söhbətə necə başlayacağınızdan əmin deyilsinizsə, bu təlimatdan yararlana bilərsiniz.
Beləliklə, gəlin tibb işçilərinin istifadə etdiyi elmi cəhətdən sübut edilmiş bəzi müalicə variantlarına nəzər salaq.*
“Sehrli pəhriz”i unudun. Piylənməyə gəldikdə, qidalanma vərdişlərin dəyişməsi əsas məqsəd olmalıdır. Bu müxtəlif yollarla daha az kalori qəbul etməkdən daha önəmlidir. Bunun əvəzinə, həkiminiz sizin arıqlama planınızı hazırlayanda sizin qidalanma vərdişlərinizi nəzərə alacaq.
Məsələn, həddindən artıq yemək və ya qeyri-sağlam qidalar yemək riski ilə ən çox qarşılaşdığınız günün müəyyən vaxtı varmı?
Adətən harada yemək yeyirsiniz?
Özünüzü yorğun, stressli və ya qəmgin hiss etdikdə yemək yeyirsiniz?
Yeməkdən sonra toxluq hissini necə hiss edirsiniz?
Bu sualların hamısı daha düzgün qidalanmaya doğru irəliləməyə tövsiyələr verir.
> Hisslər çəkiyə nəzarətdə əsas rol oynayır
> Yaxşı yatmaq yaxşı yeməyə kömək edir
Siz hər gün marafon yarışını qaçmaq məcburiyyətində deyilsiniz. Başlanğıc üçün gündəlik həyatınıza bir qədər hərəkət əlavə etməyin əhəmiyyəti çoxdur. Əgər gün ərzində çox oturursunuzsa, hər saat durub bir neçə dəqiqə gəzişmək çox faydalı ola bilər. Əgər mümkündürsə, mağazaya piyada getmək və ya pilləkənlə qalxmaq da faydalı ola bilər.
Əhəmiyyətli olan odur ki, hər gün zövq aldığınız fiziki aktiv olmağın yollarını tapasınız. Məqsəd həftədə 150 dəqiqə fiziki aktivlikdir. Həyatınıza həzz aldığınız və davamlı şəkildə edə biləcəyiniz yeni fəaliyyət rejimlərini tədricən əlavə etməklə yavaş-yavaş buna nail olun.
Bədənimiz və beynimiz bir-biri ilə sıx əlaqəlidir. Davranış üzrə
mütəxəssislər çəkiyə nəzarət etmənin psixoloji
aspektləri
ilə işləyir, məsələn, qida qəbulunu və sonradan kökəlməni şərtləndirən
düşüncə, duyğu və davranış formalarını müəyyən etməyə kömək edir. Bu,
böyük porsiyalar və/və ya tez-tez qəlyanaltılar və/yaxud ac olmadıqda
yemək/içmək ola bilər.
Burada məqsəd qida vərdişlərinizi dəyişmək və uzunmüddətli arıqlamaq və daha sağlam həyat yaşamaq üçün sizə kömək məqsədilə bacarıqlarınızı inkişaf etdirmək imkanı verməkdir.
Qida əvəzediciləri əsas qida maddələri, vitaminlər və mineralları daxil edən müəyyən kalorili məhsullardır. Qida əvəzedicilərinin tərkibində zülalların miqdarı yüksək, yağ və karbohidratların miqdarı isə aşağı olur.
Qida əvəzediciləri gündə 800-dən 1200-ə qədər kalori miqdarında bir və ya daha çox qida qəbulunu əvəzləmək üçün nəzarətli pəhriz planının bir hissəsi ola bilər.
Şüurumuzun gücü ilə bədən temperaturunu idarə edə bilmədiyimiz kimi,
iştahamıza
təsir edən bəzi bioloji proseslərə də şüurlu şəkildə nəzarət edə
bilmirik. Bu, müxtəlif bioloji proseslərlə təsir edərək, piylənmə
əleyhinə dərmanların rol oynadığı yerdir.
Müxtəlif dərmanlar müxtəlif yollarla təsir edir. Bəzi piylənmə əleyhinə dərmanlar iştahanı tənzimləməyə və qida porsiyalarını azaltmağa kömək edir. Bu, daha az yeməyə səbəb olur və həyat tərzində dəyişikliklərin aparılmasını asanlaşdırır.
Piylənmə əleyhinə dərmanlar həmçinin aclığın davamlı artması kimi bədəninizin arıqlamağa bioloji reaksiyalarını idarə edərək, yenidən kökəlmənin qarşısını almağa kömək edə bilər. Digər dərmanlar, bədəninizin qidanı mənimsəmə yolunu dəyişdirərək arıqlamaya kömək edir. Məsələn, bədəniniz tərəfindən mənimsənilən yağ miqdarını azaltmaqla.
Ümumiyyətlə, bu əməliyyatlar iştahanı və insanın bir oturuşda rahatlıqla yeyə biləcəyi yemək miqdarını azaldır. Onların çəkinin tənzimləməsində böyük rol oynayan metabolik və hormonal dəyişikliklər etdikləri sübut edilmişdir. Baş verən hormonal dəyişikliklər kökəlmənin qarşısını alır.
Sizin həkiminiz fərdi çəkiyə
nəzarət planınızın tərtibinə kömək edəcək. Lakin onlar tövsiyə
etdikləri müxtəlif müalicələrə sizin necə cavab verəcəyinizi
proqnozlaşdıra bilməzlər. Hamımız fərqliyik və deməli, müalicələrə
cavabımız da çox fərdi olacaq.
Buna görə həkiminiz bədəninizin reaksiyasından və sağlamlıq ehtiyaclarınızdan asılı olaraq, çəkiyə nəzarət planınızı yol boyu tənzimləyə bilər.
Müalicə üsulundan asılı olmayaraq, müəyyən bir nöqtədə arıqlama
dayanacaq və tarazlanacaq. Bu, "çəki platosu" adlanır. Bu,
məyusluğa və ruh düşkünlüyünə səbəb ola biləcək çəki yolunun qaçılmaz
hissəsidir.
Lakin plato çəki itkisinə təbii uyğunlaşmanın nəticəsidir (təkamül baxımından, arıqlamaq sağqalma və çoxalma üçün yaxşı deyil). Beləliklə, bədən qida qəbulunu artıraraq, həmçinin enerji sərfini yavaşlatmaqla cavab reaksiyası verir. Araşdırmalar göstərdi ki, bu, illərlə davam edə bilər. Təəcüblü deyil ki, hər 10 nəfərdən 8-i uzun müddət ərzində itirdikləri çəkini yenidən qazanır. Bu, milyon illik təbii seçmə prosesinin nəticəsidir.
Çəki platosunu yaşayan insanlar tez-tez qeyd edirlər: "Nə baş verir? Bu artıq faydalı deyil!" və ya “Təəccüblüdür. Mənim səylərim artıq nəticə vermir, hər şeyi dayandıra bilərəm".
Bununla belə, dərk etmədiyimiz şey odur ki, arıqlamağa davam etmək böyük bir nailiyyətdir. Unutmayın ki, tərəzidə getdikcə yaxşılaşan nəticələri görməsəniz belə, tətbiq etdiyiniz müalicələr hələ də fiziologiyanı "ram etmək" üçün pərdə arxasında işini görür. Bugünkü nailiyyətlərinizə görə qoyduğunuz səylərlə və qətiyyətinizlə fəxr etməlisiniz. Davam edin və müalicə yanaşmasının gücləndirilməsi və ya tənzimlənməsinin lazım olub-olmadığını nəzərdən keçirmək üçün həkiminizlə görüş təyin edin.
* Bəzi müalicə əlavə təsirlərə səbəb ola bilər. Bu məlumat müalicə məsləhəti və ya tövsiyə kimi başa düşülməməlidir. Həmişə müalicə məsləhəti almaq üçün öz həkiminizlə məsləhətləşin.