Go to the page content

Hisslər çəkiyə nəzarətdə əsas rol oynayır

Kökəlməyimizin və arıqlamağımızın bir çox səbəbləri var. Bəzən bu səbəblər özümüzü necə hiss etməyimizlə bağlı olur. Bəzən biz ac olduğumuza görə yox, özümüzü daha yaxşı və rahat hiss etmək üçün qidalanırıq və bu “emosional yemək qəbulu” adlanır. Buna görə də bəzən pəhriz məsləhətindən çox psixoloji dəstəyə ehtiyac duyuruq.

Bədənimiz və şüurumuz bir-biri ilə çox sıx əlaqəlidir. Sadəcə əsəbi və stressli olduğumuz zaman bədənimizin dərhal necə reaksiya verdiyini düşünün – ovuclarımız tərləyir və susuzluq hiss edirik. Emosional vəziyyətimiz bizi bir çox sağlamlıq problemlərinin yaranması riski ilə üz-üzə qoya bilər,hətta piylənmə riski daha da arta bilər.

“Bəzi insanlar çətin vəziyyətlərin öhdəsindən gəlmək və hisslərini sakitləşdirmək üçün çıxış yolu kimi yeməkdən istifadə edir. Bu, qısa müddətdə faydalı ola bilər, lakin zaman keçdikcə bu, özü problemə çevrilə bilər." 

-Foeman E & Buteyn M. Effective Weight Loss: An Acceptance-Based Behavioral Approach - Treatments That Work.

Biz özümüzü həmişə rahat və xoşbəxt hiss etmirik. Narahatçılıq halları baş verəndə biz hisslərimizi sakitləşdirmək üçün müxtəlif yollara əl atırıq. Bəzi insanlar gecələr yatmaq əvəzinə seriallara baxır və sosial şəbəkələrdə vaxt keçirdirlər. Digər üsullara siqaret çəkmək, spirtli içki qəbulu, video oyunlar və ya onlayn alış-veriş daxil ola bilər.

“Bəzi insanlar çətin vəziyyətlərin öhdəsindən gəlmək və hisslərini sakitləşdirmək üçün çıxış yolu kimi yeməkdən istifadə edir“. Bu, qısa müddətdə faydalı ola bilər, lakin zaman keçdikcə bu, özü problemə çevrilə bilər. 

Psixoloqlar bu davranışı emosional yemək qəbulu adlandırır. Biz hamımız bəzən belə hərəkət edirik. Yalnız bəzilərimiz bunu daha tez-tez edir. Stress, depressiya və narahatlıq - bütün bunlar öz rolunu oynaya bilər. Ailə qurmaq, iş yerini dəyişmək və ya yeni evə köçmək kimi bəzi mühim hadisələr də emosional vəziyyətimizə də təsir edə bilər və hətta uşaqlıq vaxtı alınan psixoloji travmalar da burada öz rolunu oynaya bilər.

Travma və ağrının öhdəsindən gəlmək

Bu, onu təhqir edən ata ilə eyni evdə böyümə probleminin öhdəsindən gəlmək üçün qidaya yönəlmiş Vicky Mooney üçün də belədir. O, 28 yaşında artıq 180 kiloqram idi.

"Travmanın öhdəsindən gəlmək üçün çoxlu şokolad yeyərdim. Mən otağıma gedib və bu duyğuları, hissləri və ağrıları yaşamağıma baxmayaraq, çoxlu şokolad yeyib özümü bir az rahat hiss edirdim" – o, deyir.

Emosional qida qəbulunun bir çox səbəbləri ola bilər. Vicky kimi bəziləri üçün isə bu, ağır emosional travma və ağrı ilə əlaqəlidir. Amma hər kəs emosional qida qəbulunu konkret bir səbəb və ya həyat hadisəsi ilə asanlıqla əlaqələndirə bilmir. Bəzi insanlar üçün bunun səbəbi stress ola bilər.

Emosional qida qəbulunun qüsurlu dövranı

Vərdiş formalaşdıqdan sonra o, çox vaxt həyatı boyu davam edə bilər. Bir çox emosional aclıq hissi yaşayanlar deyirlər ki, bu, siqaret çəkmək kimi hər hansı digər asılılığa bənzəyir.

Bu, qüsurlu dövran yarada bilər. Qüsurlu dövran, hissləri sakitləşdirmək üçün müvəqqəti rahatlıq gətirən yemək ilə başlayır. Amma sonra çox yeməyə görə günahkarlıq hissi yaranır – və bu da dövranı yenidən başladır.

"Travmanın öhdəsindən gəlmək üçün çoxlu şokolad yeyərdim"

-Vicki Mooney

Piylənmə ilə yaşayan insanlar üçün xarakterik olan mənfi təcrübələr də bu dövranı sürətləndirir. Piylənmədən əziyyət çəkən insanlar tez-tez özlərini cəmiyyət tərəfindən qəbul edilmədiklərini hiss edir və ya onlar ailəsindən, dostlarından, həkimlərindən ehtiyacları olan dəstəyi və anlayışı ala bilmirlər.

Sizə lazım olan dəstəyi tapın

Beləliklə, həyat tərzimizdə və düşüncəmizdə kiçik dəyişikliklərin belə bizim vəziyyətimizə müsbət təsir göstərə biləcəyinə əmin ola bilərsiniz. Bəzən bizim hansı dəyişikliklərin olduğunu anlamağımız üçün, kiminsə məsləhətinə ehtiyacımız olur. Bu şəxs ya dost, ya da ailə üzvü və ya psixoloq ola bilər.

Sad woman sitting on the coach with a tissue in her hand and a professional making notes

İlk öncə, mənfi emosiyalarımızın mənbəyinə baxmalıyıq. Bəzən onların sadəcə kəşf olunması vacib ilk addım ola bilər. Psixoloq bu yolda sizə kömək edə  bilər.

"Xoşbəxtlikdən, həyat tərzimizdə və düşüncəmizdə hətta kiçik dəyişikliklər belə bizim vəziyyətimizə böyük müsbət təsir göstərə bilər".

-Forman E & Butryn M. Effektiv Arıqlama Qəbul əsaslı davranış yanaşması - Faydalı olan müalicələr.

Başqa bir yanaşma isə hisslərimizə göstərdiyimiz reaksiyanı dəyişdirməkdir. Bu halda düşüncə tərzimizdə, yemək qəbulumuzda və fəaliyyətimizdə davranış terapiyası aparmağa ehtiyyac var və bu yanaşmanın effektiv olduğu sübuta yetirilib.

Kimdən kömək istəyəcəyinizdən və ya kimə müraciət edəcəyinizdən əmin deyilsiniz? Başlanğıc olaraq öz həkiminizlə və ya digər etibar etdiyiniz tibb mütəxəssisi ilə əlaqə saxlayın.

Öz BKİ-nizi hesablayın

sm
ft
in
kq
st
lb

Sizin BKİ-niz:

__

Sizin çəki təsnifatınız:

__

@




A link with your BMI result has been sent to the email address.
An error has occured. The email wasn't sent.
İsti̇nadlar
  • Luppino FS et al. Overweight, Obesity, and Depression. Arch Gen Psychiatry 2010; 67:220–9.
  • Freedhoff Y & Sharma AM. Best Weight – A practical guide to office-based obesity management. Canadian Obesity Network 2010.
  • Forman E & Butryn M. Effective Weight Loss: An Acceptance-Based Behavioral Approach - Treatments That Work (Workbook Ed.). New York: Oxford University Press 2016.
  • Luppino FS et al. Overweight, Obesity, and Depression. Arch Gen Psychiatry 2010; 67:220–229.
  • Smith LH & Holm L. Obesity in a life-course perspective: An exploration of lay explanations of weight gain. Scandinavian Journal of Public Health 2011; 39:396–402.
  • Nguyen-Rodriguez ST, Chou C, Unger JB & Spruijt-Metz D. BMI as a moderator of perceived stress and emotional eating in adolescents. Eating Behaviors 2008; 9:238–246.
  • Rand K et al. It is not the diet; it is the mental part we need help with. A multilevel analysis of psychological, emotional, and social well-being in obesity. International Journal of Qualitative Studies on Health and Well-being 2017; 12:1-14.
  • Gomez-Rubalcava S, Stabbert K & Phelan S. Behavioral Treatment of Obesity. In: Thomas A Wadden & George A Bray (eds.). Handbook of Obesity Treatment. New York: Guilford Press 2018.

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib