Go to the page content

Stress və piylənmə: Niyə biz dadlı yeməyə meyl edirik

Uzun müddət özünü stresli hiss etmək bizim iştahamızı dəyişə bilər. Bu, bizdə piylənmənin inkişafı riskini daha da artıra bilər. Stresin öhdəsindən necə gəlməyi öyrənmək öz çəkinizə nəzarət cəhdlərinizə dəstək verən strategiyalardan biridir.

Həyatımızdakı çətin vəziyyətlərin nəticəsi olaraq özümüzü stresli hiss etməyimiz normaldır. 2018-ci ildə Gallup qlobal sorğusunda iştirak edən dünyanın 142 ölkəsində insanların 35 faizi günün əksər hissəsində stresli olduqlarını bildirib. Bu stress tez - tez qısamüddətli xarakter daşıyır və hərəkətə keçmək üçün bizi müsbət şəkildə stimullaşdıra da bilər.

Amma biz özümüzü uzun müddət stresli hiss etsək, sağlamlığımıza xələl gələ bilər. Biz yaxşı yatmırıq və çox hərəkət etmirik. Bizim yemək rejimimiz də dəyişir və biz daha çox qeyri-sağlam qidalara meyl edirik. Stresə verilən bu reaksiyaların hamısı bizdə piylənmənin inkişaf riskinin artmasında müəyyən rol oynayır.

Crying woman sitting on a couch.

35%

İnsanlar deyir ki, onlar günün əksər hissəsində özlərini stresli hiss edirlər.

-142 ölkə üzrə Gallap qlobal sorğusu, 2019-cu il

Rahat yemək stresi azaldır

Stress minilliklər boyunca təhlükəli vəziyyətlərdən sağ çıxmaq üçün bizə kömək edən orqanizmimizin "mübarizə apar və ya qaç" mexanizminin bir hissəsidir və adətən biz bunu yalnız qısa müddətlər ərzində hiss edirik. Amma indi insanlar günün çox hissəsini stresli keçirirlər, buna görə bu mexanizm daim aktiv olur.

Bu baş verəndə stresə cavab olaraq biloji reaksiyada iştirak edən əsas hormonlardan biri olan kortizol səviyyəsi yüksəlir. Kortizol səviyyəsinin yüksəlməsinin təsirlərindən biri iştahanın artmasıdır. Beləliklə, əgər biz özümüzü daim stresli hiss etsək, daha çox qida qəbul etmə ehtimalımız da artır.

Bu, adətən hər hansı yüngül qidalar da olmur. Araşdırmalar göstərir ki, stresli hiss etdiyimiz zaman enerji ilə zəngin qidalar bizi daha çox cəlb edir. Bəlkə də bu, həmin qidaların stresdən azad olmağımıza kömək edə biləcəyi ilə əlaqəlidir. Məhz buna görə də "rahatlamaq üçün yemək" adlanır.

Belə ki, stress təkcə bizi daha çox yeməyə sövq etmir, həm də yemək istədiyimiz qidanın növünü dəyişir. Bu, piylənmədən əziyyət çəkən insanlarda nə üçün normadan daha yüksək kortizol səviyyəsinin olmasını izah edir. Stress həmçinin bizdə yuxunun pisləşməsi, daha çox alkoqol qəbulu və daha az hərəkət etmə riskini artırır ki, bu da piylənmə riskini artırır.

Woman sitting on the mat at the seashore having view on the big wave and  jetty

Stresin öhdəsindən gəlmək üçün edə biləcəyiniz hərəkətlər

Beləliklə, biz nə edə bilərik? Stress hissinin öhdəsindən gəlməyə kömək edə biləcək bir sıra müxtəlif strategiyalar var. Stresin və stresli qidalanmanın öhdəsindən gəlmək üçün "Öz qayğınıza qalın: Stresin və çəkinin öhtəsindən gəlməyin səkkiz yolu" məqaləsini oxuyun.

İsti̇nadlar
  • Gallup. Gallup Global Emotions 2019.
  • American Psychological Association. How stress affects your health: https://www.apa.org/helpcenter/stress [Accessed July 2019].
  • Stults-Kolehmainen MA & Sinha R. The Effects of Stress on Physical Activity and Exercise. Sports Medicine 2014; 44:81-121.
  • Zellner DA et al. Food selection changes under stress. Physiology and Behavior 2006; 87(5):789-793.
  • Valk ES, Savas M & Rossum E. Stress and Obesity: Are There More Susceptible Individuals? Current Obesity Reports 2018; 7:193–203.
  • Forman E & Butryn M. Effective Weight Loss: An Acceptance-Based Behavioral Approach - Treatments That Work (Workbook Ed.). New York: Oxford University Press 2016.
  • Harvard Mental Health Letter. Why stress causes people to overeat. https://www.health.harvard.edu/staying-healthy/why-stress-causes-people-to-overeat [Accessed July 2019].

Əlaqəli məqalələr

icbari-logo
Tabib