Stress və piylənmə: Niyə biz dadlı yeməyə meyl edirik
Uzun müddət özünü stresli hiss etmək bizim iştahımızı dəyişə bilər. Bu, bizdə piylənmənin inkişafı riskini daha da artıra bilər.
Stress insanlara minilliklər boyunca sağ qalmağa kömək edib. Lakin
müasir həyat tərzi bizim stress
səviyyəmizi uzun müddət elə yüksək səviyyədə saxlayır ki, o, bizim
sağlamlığımıza mənfi təsir edə bilər. Bəzi insanlar üçün dadlı və
enerjisi yüksək olan qida qəbulu belə bir vəziyyətdən
çıxış yoludur və bu, bədən
çəkisinin və piylənmənin inkişaf riskinin artmasına səbəb ola
bilər.
Bu hala tez-tez rast gəlinir. 2007-ci ilin “Stress in America”
hesabatına görə amerikalıların 43 faizi stresli olduqda həddindən çox
qida qəbul edir.
Stress problemi ondan ibarətdir ki, o, çox zaman gələcəkdə baş verə
biləcək məqamlarla bağlıdır. Həyatımız gündəlik streslərlə zəngindir.
Gələcəkdə baş verənlərə nəzarət edə bilməsək də, stresə
qarşı reaksiyamıza nəzarət edə bilərik.
Yüngül stresin bəzi əlamətlərinə yuxu problemləri, narahatlıq və ya qarında qıcıqlanma - “kəpənək effekti” daxildir. Bunlar sizə tanış gəlirsə, burada sizə nəzarəti bərpa etməyə və sakit qalmağa kömək edə biləcək səkkiz istiqamət verilib.
Təhrikedici qüvvəni müəyyən etməyə çalışın. Sizi stresli hiss etməyə məcbur edən xüsusi vəziyyətlər və ya problemlər varmı? Bununla bağlı bir şey edə bilib-bilməyəcəyinizi düşünün. Əgər edə bilərsinizsə, plan tərtib etməyə çalışın. Məsələn, işiniz çox olduğundan stresli hiss edirsinizsə, iş yükünüzü müzakirə etmək üçün rəhbəriniz ilə görüş təyin edə bilərsiniz.
Yaxşı xəbər budur ki, biz stresə reaksiya vermək üçün yeni yollar öyrənə bilərik. Stresə necə reaksiya verəcəyimizi müəyyən etmək və sonra onunla yeni - daha sağlam mübarizə üsulunu öyrənmək vacibdir.
İdman özümüzü yaxşı hiss etməyə kömək edə və əhvalımızı yaxşılaşdıra bilər. Çalışın zövq aldığınız idman növü ilə məşğul olun.
Meditasiya bizə gələcəkdə baş verə biləcəklər barədə narahat olmaq əvəzinə, diqqətimizi hazırkı ana yönəltməyə kömək edir. Siz sakitləşmək üçün tənəffüs məşqi ilə başlaya və ya rahatladıcı musiqi dinləyə bilərsiniz. Bu məqsədlə "Headspace" kimi, xüsusi olaraq meditasiya üçün hazırlanmış mobil tətbiqlərindən istifadə edə bilərsiniz.
Stress zamanı yuxu pozula bilər. Amma hər gecə 7-9 saat yatmaq yetkin
insanın sağlamlığı üçün vacibdir. Öz yuxu vərdişlərinizi
yaxşılaşdırmaq üçün bir yol tapmağın mümkün olub-olmadığını yoxlayın.
Əgər sizə kömək lazımdırsa, gecə
yaxşı yatmaq barədə məsləhətlərimizi nəzərdən keçirin.
Sağlam qalmaq və yüngül qida qəbul etmək istəyimizə baxmayaraq, yemək stresin öhdəsindən gəlmə mexanizmi kimi görünür. Axı hamımız bilirik ki, dadlı yeməklər bizə özümüzü yaxşı hiss etməyə kömək edir. Ancaq bəzi insanlar üçün bu, asılılığa çevrilə bilər. Stresin nə vaxt yarandığını görməyə çalışın və ona necə reaksiya verdiyinizi anlayın. Sonra bunun əvəzinə həqiqətən zövq aldığınız bir şey etməklə sağlam reaksiya yaratmağa çalışın.
Dosta zəng etmək və ya sizə dəstək verən ailə üzvlərinin əhatəsində olmaq stresi azaltmağa kömək edə bilər. Lakin araşdırmalar onu da göstərib ki, digər insanlara sosial dəstək vermək də stresi yaxşı azalda bilər.
Bəzən streslə mübarizə asan olmur və yuxarıda təklif olunan
istiqamətlər yalnız yüngül stress əlamətləri üçün faydalı ola bilər.
Aqressivlik, unutqanlıq, səbəbsiz ağrılar, yuxu problemləri və daha az
sosiallaşmağa meyllilik kimi simptomlar daha şiddətlidirsə, peşəkar
kömək almaq vacibdir. Bu hallarda təlim keçmiş tibb
işçisi sizə sağlam mübarizə mexanizmlərini tapmağa kömək edə
bilər.
* Sapolsky RM Why don't zebras have ulcers? A well-known guide to stress-related disorders and their management (Jd ed.) St. Martin Griffin, 2004.[G(A1)]