- Yumuk V et al. European Guidelines for Obesity Management in Adults. Obesity Facts 2015; 8:402-424.
- Johnson F, Beeken RJ, Croker H et al. Do weight perceptions among obese adults in Great Britain match clinical definitions? Analysis of cross-sectional surveys from 2007 and 2012. British Medical Journal Open 2014; 4: e005561.
- Kaplan L, Golden A, Jinnett K et al. Perceptions of Barriers to Effective Obesity Care: Results from the National ACTION Study. Obesity. 2018; 26:61–69.
- Hall KD, Hammond RA, Rahmandad H. Dynamic Interplay Among Homeostatic, Hedonic, and Cognitive Feedback Circuits Regulating Body Weight. American Journal of Public Health 2014; 104:7:1169-117
- Puhl RM & Heuer CA. Obesity Stigma: Important Considerations for Public Health. American Journal of Public Health. 2010; 100:6:1019-1028.
- Wright SM & Aronne LJ. Causes of obesity. Abdominal Imaging 2012; 37:730–732.
Piylənmə: bir çox səbəbləri olan müalicə olunabilən xəstəlikdir
"Mən idman zalına gedirəm, çox kiçik porsiyalar yeyirəm, yoqa ilə məşğul oluram. Amma yenə də artıq çəkiliyəm. İnsanlar mənə deyəcəklər: "daha az ye, daha çox hərəkət et və hər şey yaxşı olacaq". Amma hər şey bu qədər sadə deyil"
İspaniyada yaşayan üç uşaq anası olan Vicky Mooney üçün həkimindən kömək istəmək həyatında bir dönüş nöqtəsi oldu. Bu, həm də ona piylənmənin yalnız həyat tərzinin nəticəsi deyil, bir çox səbəbi olan xroniki xəstəlik olduğunu dərk etməyə imkan verdi.
Vicky ilə eyni problemi yaşayan hər kəs çox yaxşı bilir ki, arıqlamaq çətindir və bundan əlavə itirilmiş çəkini qoruyub saxlamaq ondan da çətindir. Buna baxmayaraq, cəmiyyət piylənmə ilə yaşayan insanları öz vəziyyətlərinə görə günahkar hesab edirlər.
Geniş yayılmış fikrə əsasən, əgər biz düzgün qidalansaq və fiziki cəhətdən kifayət qədər aktiv olsaq, artıq çəkidən əziyyət çəkmərik. “Enerjinin qəbulu – enerjinin sərfiyyatı” mexanizmi doğru olsa da, bu, həddindən artıq sadələşdirilmiş yanaşmadır və piylənmədən əziyyət çəkənlər üçün incidici haldır. Çəki itkisi enerji qəbulu və onun sərfiyyatı arasındakı balansdan asılıdır. Lakin, enerji disbalansının səbəbləri mürəkkəbdir və insandan insana dəyişir.
Alimlərin fikrinə əsasən, artıq çəkili insanlar əslində xroniki xəstəlik olan piylənmə ilə mübarizə aparırlar.
Bir çox digər xroniki xəstəliklər ki̇mi̇ piylənmə də tədricən inkişaf edir. Bunun bir çox səbəbi var, bunlardan bəziləri bizim iradəmizdən və ya nəzarətimizdən kənar baş verir. Bizim psixologiyamız, genetikamız, hormonlarımız, stress səviyyəmiz, yuxumuzun müddəti və keyfiyyəti, qəbul etdiyimiz dərmanlar və yaşadığımız mühit piylənmənin inkişafında müəyyən rol oynaya bilər.
Piylənmənin effektiv nəzarətində ilk addım onun səbəblərini müəyyənləşdirməkdir. Bu səbəblər insandan insana dəyişir və bəzilərini aradan qaldırmaq mümkündür.