Go to the page content

Sizin geyim ölçünüz sizin genlərinizdədir

Gözlərimizin rəngi ilə doğulduğumuz kimi, kökəlməyə meylliliklə də doğula bilərik və heç kimi gözlərinin rənginə görə günahlandırmadığımız kimi, genetik olaraq kökəlməyə meyilli insanları da qınamamalıyıq.

Genlərin və piylənmənin əlaqəsi haqqında bəzi fikirləri 1952-ci ildə Miçiqan Universitetinin bir qrup tədqiqatçısı irəli sürüb. Onlar əsasən yerli orta məktəblərdən olan 81 cüt əkiz üzərində araşdırma aparıblar. Əkizlər ayaqların uzunluğu, qolun uzunluğu və hətta burun ölçüləri də daxil olmaqla bir çox meyarlarla ölçülüb.

Ölçmələr tədqiqatçılara bu fərqli xüsusiyyətlərin onların valideynlərindən “miras” qalma ehtimalının dərəcəsini anlamağa imkan verdi - buna irsiyyət deyilir. Tədqiqatçılar bütün xüsusiyyətlər arasında bədən çəkisi və belin çevrəsinin ən yüksək irsiyyət nisbətinə malik olduğunu aşkar ediblər.

Mum and two children spending time outside and smiling at each other

O vaxtdan bəri bir çox oxşar araşdırmalar aparılıb ki, onlarda da ayrı-ayrı mühitdə böyümüş əkizlər müqayisə edilib. Eyni yumurta əkizləri, doğuşdan birlikdə və ya ayrı böyümələrindən asılı olmayaraq, bənzər çəkiyə malik olublar. Bu, bədən çəkisini təyin etməkdə genlərin mühit üzərindəki gücünü göstərir. Bu nəticələr genetikanın piylənmədə mərkəzi rol oynadığına dair təkzibedilməz sübutlar təqdim edir. Bəzi sübutlar genetik faktorun 40-70 faiz arasında olduğunu göstərir. Bu o deməkdir ki, valideynlərinizdən “miras” aldığınız genlər piylənmə riskinizi artıra bilər.

DNA chain

Genetika piylənmənin inkişafında mərkəzi rol oynayır və bəzi məlumatlara əsasən bu 40-70 faiz təşkil edir.

-Waalen J, The genetics of human obesity

Genlər çəkiyə necə təsir edir?

Bu sahədə araşdırma davam etdirilir. Ancaq bildiyimiz odur ki, genlər aşağıdakılara təsir edir:

  • Bir oturuşda nə qədər yemək yeməyə meyl edirik
  • Toxluq hissinə necə reaksiya veririk
  • Üstünlük verdiyimiz qidalardan nə qədər zövq alırıq
  • Bizə  bədənimizin əsas funksiyalarını yerinə yetirmək üçün nə qədər enerji lazımdır
  • Bədənimizdəki artıq kalorilər yağ şəklində necə və harada saxlanılır

İndi bilirik ki, bu xüsusiyyətlər şəxsi keyfiyyətlərimizlə və həyat tərzi seçimimiz ilə daha az və genlərimizlə daha çox bağlı ola bilər.

Yaşadığımız mühit dəyişib, amma genlərimiz dəyişməyib

Əgər belədirsə, niyə yüz il əvvəl piylənmədən əziyyət çəkən insanlar çox az idi? Genetik Frensis Kollinzin dediyi kimi: “Genetika silahı doldurur, mühit isə tətiyi çəkir”.

Genlərimiz son yüz il ərzində dəyişməyib. Əslində, onlar  son 50 000 il ərzində əsasən dəyişməz qalıb. Dəyişən mühitdir. Bəzilərimizdə müəyyən mühitlərdə allergiya inkişaf etdiyi kimi, bəzi genlərimiz də mühit tərəfindən aktivləşdirilə və dəyişdirilə bilər.

Biz artıq stress, bol qida və fərqli texnologiyalar dövründə yaşayırıq. Onlar genlərimizlə yeni bir şəkildə qarşılıqlı əlaqə qururlar. Piylənmə bu qarşılıqlı əlaqə nəticəsinin bir hissəsidir.

Genetika müasir şəraitdə bəzi insanları daha yüksək piylənmə riskinə məruz qoyur

Piylənmə üzrə ixtisaslaşmış professor, tədqiqatçı və klinisist Cozef Proyetto piylənmənin genetik əsasını belə izah edir. İki müxtəlif ölçüdə qab təsəvvür edək: biri 5, digəri isə 50 litr tutur. Qablar bütün gecə yağış altında qalır və səhər hər ikisi su ilə doludur.

Graphic showing a small and a big vase with rain pouring down on them.

Daha böyük qabda kiçik qabdan daha çox su olması təəccüblü deyil. Professor Cozef Proyetto izah edir ki, bu ona görədir ki, böyük qab daha çox su tutmaq üçün hazırlanıb. “Başqa sözlə, piylənmənin inkişafında həm genetik quruluş (qabın necə hazırlanması), həm də mühit (yağış) rol oynayır” - deyə o qeyd edir.

"Piylənmənin inkişafında həm genetik quruluş, həm də mühit rol oynayır”

-Professor Joseph Proietto, University of Melbourne

Öz BKİ-nizi hesablayın

sm
ft
in
kq
st
lb

Sizin BKİ-niz:

__

Sizin çəki təsnifatınız:

__

@




A link with your BMI result has been sent to the email address.
An error has occured. The email wasn't sent.

Sizə uyğun olan çəkiyə nəzarət strategiyasını tapın

Beləliklə, bu məlumatdan necə istifadə edə bilərik? Axı biz genlərimizi dəyişdirə bilmərik. Amma bizim fərdi genetik fərqlərimiz bizdə piylənmənin inkişafına daha az və ya daha çox təsir edə bilər. Beləliklə, genlərimiz haqqında nə qədər çox bilsək, çəkiyə nəzarət ilə bağlı daha məlumatlı qərarlar verə bilərik. Məsələn, piylənmənin inkişaf riskini artıran mühit amillərini minimuma endirməyə çalışa bilərik.

Fərdi genetikamıza görə müxtəlif müalicə növlərinə də fərqli reaksiya verə bilərik. Bir şəxs üçün faydalı olan, başqa biri üçün faydasız ola bilər. Buna görə də hər birimiz çəkiyə nəzarətə fərdi yanaşmalıyıq.

İsti̇nadlar
  • Clark PJ. The heritability of certain anthropometric characters as ascertained from measurements of twins. Am J Hum Cenet 1956; 8:49-54.
  • Waalen J. The genetics of human obesity. Translational Research 2014; 164(4):293–301.
  • Guyenet S. The hungry brain. Outsmarting the instincts that make us overeat. New York: Flatiron 2017.
  • Farooqi IS. Genetics of Obesity. In: Thomas A Wadden & George A Bray (eds.). Handbook of Obesity Treatment. New York: Guilford Press 2018; 64-74.
  • Guyenet SJ & Schwartz MW. Regulation of Food Intake, Energy Balance, and Body Fat Mass: Implications for the Pathogenesis and Treatment of Obesity. The Journal of Clinical Endocrinology & Metabolism 2012; 97:745–755.
  • Morris R. Stranger in a strange land: an optimal-environments account of evolutionary mismatch. Synthese 2018;1-26.
  • Qi L. & Cho YA. Gene-environment interaction and obesity; Nutr. Rev. 2008; 66(12):684–694.
  • Bell CG, Walley AJ & Proguel P. The genetics of human obesity. Nature Reviews - Genetics 2005; 6:221-234.
  • Proietto J. Body Weight Regulation. Essential Knowledge to lose weight and keep it off. Xlibris 2016.

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib